Alyans Arena — Almaniyanın Münhen şəhərində futbol stadionu. Bayern Münhen futbol klubu 2005/06 mövsümündən etibarən ev oyunlarını burada keçirir. Dortmundda yerləşən Siqnal İduna Park stadionundan sonra Almaniyanın ikinci böyük stadionudur.
Haqqında 2005-ci ildə istifadəyə verilən Alyans Arena Avropanın ən yaxşı stadionlarından sayılır. Stadionun tutumu ev oyunlarında 75 min, beynəlxalq yarışlarda 70 min nəfərdir.
Stadionun fasadı axşamlar və ya oyunlar keçirilən zaman işıqlandırlır. Tikintisinə 340 milyon avro sərf edilmişdir.
Həmçinin bax Marakana stadionu Kamp Nou
Xarici keçidlər Alyans Arena — Rəsmi saytı
Kateqoriya:Almaniya stadionları Kateqoriya:UEFA Avro 2020 stadionları Kateqoriya:Bayern Münxen FK Kateqoriya:Postmodern memarlıq Kateqoriya:Münxenin görməli yerləri