Petır Stefanov Stoyanov (; ) — bolqar siyasətçisi, Bolqarıstanın 3-cü prezidenti (1997–2002)
Həyatı Pyotr Stoyanov 1952-ci il may ayının 25-də Plovdivdə anadan olub. 1976-cı ildə Kliment Oxridski adına Sofiya Universitetinin hüquq fakültəsini bitirib. Bundan sonra Plovdivdə vəkil işləyib.
1992-ci ildə 1944-cü ildən o dövrə qədər Bolqarıstanda mövcud olmuş və Filip Dimitrovun rəhbərlik etdiyi ilk qeyri-kommunist hökumətdə ədliyyə naziri vəzifəsini tutub. Bolqarıstanın Demokratik Qüvvələr Birliyinin üzvü olub.
1994-cü ildə 34-cü Xalq Toplantısına (Bolqarıstan parlamentinə) deputat seçilib. Elə həmin ildən Bolqarıstan DQB sədrinin müavini, turizm, gənclər və idman nazirinin müavini vəzifələrini tutub. 1996-cı ildə DQB-də keçirilən ilkin prezident seçkilərini 66% səs çoxluğu ilə qazanın və partiyanın Bolqarıstan prezidentliyinə namizədi olub.
1996-cı il noyabrın 2-də keçirilən prezident seçkilərində Stoyanov seçicilərin 59,73 %-nin (2 502 517) səsini qazanaraq Bolqarıstan prezidenti seçilib. 1997-ci il yanvar ayının 19-dan vəzifəsinin icrasına başlayıb və Todor Kavalciyevi vitse-prezident vəzifəsinə təsdiq edib.
Pyotr Stoyanov 2001-ci ildə də Bolqarıstan prezidentliyinə öz namizədliyini irəli sürüb. Amma ikinci turda Georgi Pırvanova məğlub olub. 2005-ci ildə Smolyan və Plovdiv dairələrindən yenidən Bolqarıstan parlamentinə deputat seçilib, 2007-ci ilə qədər DQB-nin rəhbəri olub.
Pyotr Stoyanov fəal surətdə internetdən istifadə edir. İngilis və alman dillərini bilir. O, Danimarka krallığının "Fil ordeni" kavaleridir.
Ailəsi Antonina Stoyanova ilə evlidir və bir qızı Fany (1990-cı il təvəllüdlü) və bir oğlu Stefan (1979-cu il təvəllüdlü) var. Kiçik qardaşı Emil Stoyanov, GERB -dən keçmiş deputatdır.
Kateqoriya:Bolqarıstan prezidentləri Kateqoriya:Bolqarıstan siyasətçiləri Kateqoriya:1952-ci ildə doğulanlar Kateqoriya:XX əsr hüquqşünasları Kateqoriya:XXI əsr hüquqşünasları