Həsən Kalyoncu Universiteti — Türkiyənin Qaziantep vilayətində yerləşən vəqf universiteti. 30 iyul 2008-ci ildə Qaziantep Təhsil və Xidmət Vəqfi tərəfindən universitetin yaradılması Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən 5799 və 5796 saylı Ali Təhsil Müəssisələri Təşkilat Qanununda dəyişiklik edilməsi haqqında qanunla qəbul edildi.https://web.archive.org/web/20121124082033/http://www.meclishaber.gov.tr/develop/owa/haber_portal.aciklama?p1=62743

Regionun bir çox yeniliklərinə ev sahibliyi edən universitet tələbələri elm, incəsənət və ictimai xidmət kontekstində öyrətməyə sadiqdir. Universitet yaxşı təchiz olunmuş binalar, laboratoriyalar, müxtəlif qida obyektləri, idman qurğuları və müasir yataqxanalar vasitəsilə tələbələrə müxtəlif imkanlar təqdim edir. Tarixi

1980-ci ildə Həsən Kalyoncunun rəhbərliyi ilə Qaziantep Təhsil və Xidmət Vəqfi quruldu. Tarixi missiyasına uyğun olaraq onun əsas məqsədi — Təhsilə sərmayə qoymaqla rəqabətin hökm sürdüyü qlobal dünyada Qaziantep şəhərinin və Türkiyənin ehtiyac duyduğu insan kapitalının artırılmasına kömək edən Fond yaratmaqdır.

Universitetin yaradılması 1996-cı ildə başlayıb.

4 dekabr 2008-ci ildə Qaziantepdə Həsən Kaloncunun sədrliyi ilə Qaziantep Təhsil və Xidmət Vəqfinin nəzdində qurulan Qazikənd Universitetinin təməli qoyulmuşdur. Təhsil həyatına "Qazikənd" adı ilə başlayan və 2009–2010-cu illərdə ilk tələbələrini qəbul edən universitet 1 iyul 2012-ci ildə "Həsən Kaloncu Universiteti" adını almışdır.

Həsən Kalyoncu Universiteti tarixi İpək Yolunun mühüm kəsişmə nöqtəsi olan Qaziantepdə Cənub-Şərqi Anadolu bölgəsində ilk vəqf universiteti olaraq "təhsil, araşdırma və innovasiya"ya yönəlmiş bir universitet olmaq məqsədilə qurulmuşdur.

Akademik strukturu Fakültələri

Hüquq fakültəsi Təhsil fakültəsi

Rəhbərlik və psixoloji məsləhət Məktəbəqədər tədris Sinif tədrisi İngilis dili tədrisi Xüsusi təhsil tədrisi Təsviri İncəsənət və Memarlıq fakültəsi

Daxili Memarlıq və Ətraf Mühit dizaynı Memarlıq Qastronomiya və Kulinariya sənəti Rabitə fakültəsi

Vizual ünsiyyət dizaynı Radio, Televiziya və Kino İqtisadiyyat, İnzibati və Sosial Elmlər fakültəsi

Biznesin idarə edilməsi departamenti Psixologiya şöbəsi Siyasi Elm və Beynəlxalq Münasibətlər departamenti Beynəlxalq Ticarət və Logistika departamenti Mühəndislik fakültəsi

Kompüter Mühəndisliyi Elektrik və Elektronika Mühəndisliyi İnşaat Mühəndisliyi Proqram Mühəndisliyi Sağlamlıq Elmləri fakültəsi

Qidalanma və Pəhriz Fizioterapiya və Reabilitasiya Tibb bacısı Kollecləri Peşə kollecləri

Hüquq Proqramı İlk və Təcili Yardım Proqramı Dializ Bank işi və sığorta Xarici Dillər kolleci

Hazırlıq Proqramı Pulsuz fakültativ kurslar Xidmət dərsləri İnstitutu

Ali Təhsil məktəbi

Universitetdə həmçinin Distant Təhsil Mərkəzi fəaliyyət göstərir. Kitabxanası

Universitetin kitabxanası informasiya, kompüter, şəbəkə və kommunikasiya texnologiyalarından səmərəli istifadə etməklə, dünya elminin hər gün inkişaf edən və yeni nəşrlərlə zənginləşən ən son məlumatlarını tez və qənaətlə, zaman və məkan məhdudiyyəti olmadan kitabxana istifadəçilərinin xidmətinə təqdim edir.

Burada tələbələr üçün iş otaqları, qrup dərsləri və təlim otaqları, multimedia (CD, VCD, DVD və s.) otaqları, magistr, doktorant və aspirantlar üçün ayrı iş otaqları var. Həmçinin kitabxananın fondunda dünyanın aparıcı nəşriyyatlarının zəngin çap olunmuş kitab və jurnalları, həmçinin elektron məlumat bazaları, elektron kitablar, elektron jurnallar, görmə qabiliyyəti zəif olanlar üçün audio kitablar və multimedia (CD, Vcd, DVD və s.) resursları var. Görmə qabiliyyəti zəif olan tələbələr üçün SUPERNOVA (mətn oxuma və böyütmə) proqramı fəaliyyət göstərir. Bu proqrama uyğun kitabı oxumağa imkan verən yüksək səviyyəli skanerlər var. Tədqiqat və Tətbiq Mərkəzləri

Universitet Xüsusi Təhsil tədqiqatları, Fiziki müalicə və Reabilitasiya tədqiqatları, Süni Ətraf Mühit tədqiqatları, Ətraf Mühit tədqiqatları, Yaxın Şərq araşdırmaları tədqiqatları, Qadın və Ailə təcrübəsi və tədqiqatları, Miqrasiya, Əhali, Təhsil, Məşğulluq Araşdırmaları Mərkəzləri kimi tədqiqat mərkəzləri vasitəsilə cəmiyyətə xidmət edir.

Sürekli Eğitim Merkezi Çevre ve Şehircilik Uygulama ve Araştırma Merkezi Üstün Yetenekliler Uygulama ve Araştırma Merkezi Kalyoncu Ortadoğu Araştırma Merkezi Mezunlarla İletişim ve Kariyer Merkezi

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qaziantep Kateqoriya:Türkiyə universitetləri