Ragnar Sohlman (26 fevral 1870 – 9 iyul 1948) isveçli kimya mühəndisi, dövlət qulluqçusu və Nobel Fondunun yaradıcısı.
Haqqında Raqnar Sohlman Stokholmda tanınmış qəzet adamı Avqust Sohlman və onun həyat yoldaşı Hulda Maria Sandeberqin ailəsində anadan olub. 1887-ci ildə Stokholmdakı KTH Kral Texnologiya İnstitutuna daxil oldu və 1890-cı ildə kimya mühəndisi olaraq məzun oldu.
1893-cü ildə Sohlman San-Remoda Alfred Nobelin köməkçisi oldu və 1895-ci ildən Nobelin vəsiyyətnaməsində onu və Rudolf Lilljequist icraçılar olaraq adlandırdı, Lakin işin çox hissəsini Sohlman görəcəkdi.
Vəsiyyətnamədə deyilirdi:
100.000 kron məbləği o dövrdə çox əhəmiyyətli bir məbləğ idi və Sohlmanı zəngin bir adam etdi. Bu məbləğ 1901-ci ildə ilk Nobel mükafatının (hər biri 150.782 kron) mükafat məbləği ilə müqayisə edilə bilər.
1896-cı il dekabrın 10-da Alfred Nobelin ölümündən sonra Sohlman Nobelin Nobel mükafatını təsis etmək niyyətini həyata keçirmək vəzifəsi ilə bir neçə il məşğul oldu. Vəsiyyətnamədə laureatların seçilməsi ilə bağlı müfəssəl müddəalar olmadığı və Nobelin qohumları tərəfindən etiraz edildiyi üçün bu vəzifə bir neçə il Sohlman və onun məsləhətçilərini məşğul etdi. Sohlman Nobel Fondunun idarə heyətinin müvəqqəti üzvü idi.
Karyera Sohlman Bofors kimi Nobellə əlaqəli şirkətlərdə mühəndis və menecer kimi karyeraya sahib idi. O, həmçinin 1935–1936-cı illərdə İsveç Milli Ticarət Şurasının baş direktoru olub. 1940-cı ildə İllis kvorumuna layiq görüldü.
Ölümü Sohlman 1948-ci ildə Solnadakı Karolinska xəstəxanasında vəfat etdi
Ailə üzvləri Solhmanın oğlu İsveç diplomatı, nəvəsi Michael Sohlman isə Nobel Fondunun indiki icraçı direktorudur.
İstinadlar
Kateqoriya:İllis kvorum medalı ilə təltif edilənlər Kateqoriya:Nobel mükafatı