Çaytumas — Azərbaycan Respublikasının Qubadlı rayonunun Həmzəli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası Çay Tumas kəndi Həkəri çayının sahilindədir. Keçmiş adı Tumaslı olmuşdur. Kənd XIX əsrdə Dağ Tumas kəndindən (indiki Cəbrayıl r-nu) köçmüş ailələrin Həkəri çayı sahilində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "çay kənarında yerləşən Tumaslı kəndi" deməkdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Coğrafiyası və iqlimi Çaytumas kəndi Həkəri çayının sahilində yerləşir.
Mənbə Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı. Bakı: Xəzər, 2007, səh. 448.
Həmçinin bax Qubadlı rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
Kateqoriya:Qubadlı rayonunun kəndləri