Lyudmila Filipovna Yefimenko (;) — Ukrayna kino aktrisası və rejissoru.
O, Ukraynanın əməkdar artisti, Ukraynanın xalq artisti və Şahzadə Olqa ordeni mükafatlarının laureatıdır.
Həyatı Lyudmila Yefimenko 25 sentyabr 1951-ci ildə Kiyevdə Pilip və Hanna Yefimenkonun ailəsində anadan olub. 1972-ci ildə Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirib.
1972-ci ildən A. Dovjenko adına kinostudiyanın aktrisasıdır. Karpenko-Kari adına Kiyev Dövlət Teatr İncəsənəti Universitetinin Kino və Televiziya fakültəsinin kino rejissorluğu və dram kafedrasının dosentidir.
Şəxsi həyatı Yefimenko həmkarı rejissor Yuri İlenko ilə evlidir və onların: kino aktyor Andrey İlenko (1987-ci il təvəllüdlü) və prodüseri və siyasətçi olan Pilip İlenko (30 sentyabr 1977-ci il təvəllüdlü) adlı iki oğulları vardır. 2012-ci ildə Ukrayna parlament seçkiləri zamanı Pilip səs çoxluğunu qazanıb. 122 saylı "Svoboda"nın seçki siyahısında Andrey 215 saylı birmandatlı seçki dairəsi üzrə eyni partiyanın namizədi seçilib. Andrey parlamentə seçilsə də, Pilip seçilə bilmədi.
Karyerası 1972-ci ildən Yefimenko Kiyevdəki Dovjenko kinostudiyasında işləyir. O, "Təsadüfi ünvan" filmində film debütü etdikdən bəri "Şahzadə Olqanın əfsanəsi" filmindəki baş rol və Hetman Mazepa üçün dua filmində Vasil Koçubeyin həyat yoldaşı kimi bir çox rolların üstəsindən gəlib. İyirmidən çox rol oynayıb. Lyudmila Yefimenko həmçinin Ave Maria (1999) filminin ssenari müəllifi və rejissoru olub.ФІЛЬМИ ТА МИТЦІ КІНОСТУДІІ ІМЕНІ О.ДОВЖЕНКА, УДОСТОЄНІ ДЕРЖАВНИХ І РЕСПУБЛІКАНСЬКИХ ПРЕМІЙ, ПРИЗІВ ТА НАГОРОД КІНОФЕСТИВАЛІВ в 1990–2000 рр.
Yefimenko Ukrayna Kinematoqrafçılar Assosiasiyasının üzvüdür.
Mükafatlar Yefimenko 1998 və 2008-ci illərdə müvafiq olaraq Ukraynanın əməkdar artisti və Ukraynanın xalq artisti fəxri adlarına layiq görülüb.
O, 11 sentyabr 2021-ci ildə 3-cü dərəcəli Şahzadə Olqa ordeni ilə təltif edilmişdir.Decree of the President of Ukraine from 11 вересня 2021 year № 465/2021 "Про відзначення державними нагородами України"
İstinadlar
Xarici keçidlər
Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Ukraynanın xalq artistləri Kateqoriya:Ukrayna kinorejissorları Kateqoriya:III dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif edilənlər Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:Ukrayna aktrisaları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:XXI əsr aktrisaları