NATO-nun İsveç Krallığı ilə ikitərəfli əlaqələri — sülh və qlobal təhlükəsizliyin qurulması, qarşılıqlı fəaliyyətin təmin edilməsi və İsveç Silahlı Qüvvələrinin çoxmillətli sülhməramlı əməliyyatlarda NATO və digər tərəfdaş qüvvələrlə əməkdaşlıq etmək qabiliyyətini qorumaq üçün birgə səylərdən ibarətdir.
İsveç 7 mart 2024-cü ildə NATO-ya daxil olmuşdur.
Tarixi İsveç 9 may 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramına qoşulmuşdur. Proqramın məqsədi NATO ilə Avropa və keçmiş Sovet İttifaqının digər dövlətləri arasında etimadı gücləndirmək və tərəfdaş ölkələrin NATO ilə əməkdaşlığını yaxşılaşdırmaqdan ibarət idi. 1997-ci ildə İsveç SNT proqramı çərçivəsində praktik əməkdaşlığı tamamlayan siyasi dialoq forumu olan Avro-Atlantik Tərəfdaşlıq Şurasının üzvü oldu .
1990-cı illərdə İsveç Silahlı Qüvvələri NATO standartlarını, o cümlədən NATO-nun rəsmi dili olan ingilis dilini qəbul etməklə NATO ilə işləmək imkanlarını genişləndirdi.
İsveç ordusu NATO-nun Bosniya və Herseqovinadakı sülhməramlı qüvvələrində (IFOR, 1996-cı ildən — SFOR) iştirak edib və Kosovodakı NATO hərbi kontingenti (KFOR) üçün hərbi personalda iştirak etməkdədir. Əfqanıstanda İSAF qüvvələrinin və onları əvəz edən "Qətiyyətli Dəstək" əməliyyatının tərkibində İsveç hərbi kontingenti də olmuşdu. İsveç NATO-nun Liviyada və İraqda "İslam dövləti"nə qarşı əməliyyatlarında iştirak edib.
2013-cü ildə İsveç NATO-nun Çevik Reaksiya Qüvvələrinə qoşulmuşdur .
İsveç 2014-cü ildə Rusiyanın Krımı ilhaqına cavab olaraq başlayan NATO-nun Genişləndirilmiş İmkanlar Proqramının tərəfdaşı oldu.
Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya təcavüzündən sonra İsveç və Finlandiya NATO ilə əməkdaşlığı xeyli gücləndirdilər. Mayın 18-də İsveç və Finlandiya rəsmi olaraq üzvlük üçün ərizə təqdim etdilər və iyulun 5-də bu ölkələrin alyansa qoşulması haqqında protokol imzalandı. İsveçin Şimali Atlantika blokuna üzv olması üçün təşkilata üzv olan bütün ölkələr krallığın qoşulma protokolunu ratifikasiya etməli və NATO-nun yaradılması haqqında 1949-cu il Vaşinqton müqaviləsinin depozitarisi olan ABŞ hökumətini xəbərdar etməli idi. Sonuncu ratifikasiya — Macarıstan Parlamenti tərəfindən — 26 fevral 2024-cü ildə baş tutdu. 2024-cü il martın 5-də Macarıstanın yeni seçilmiş prezidenti Tamaş Şuyok İsveçin NATO-ya üzv olmaq ərizəsini imzaladı.
7 mart 2024-cü ildə İsveç NATO-ya daxil oldu.
Ratifikasiya prosesi №NATO-nun üzv dövlətləriRatifikasiyanın qüvvəyə minməsi tarixi111 avqust 2022211 avqust 202239 avqust 202248 iyul 202257 mart 2024620 iyul 2022714 oktyabr 202285 iyul 202296 iyul 2022106 oktyabr 20221117 avqust 2022125 iyul 20221322 iyul 2022144 avqust 2022159 avqust 20221620 iyul 2022№NATO-nun üzv dövlətləriRatifikasiyanın qüvvəyə minməsi tarixi177 iyul 2022183 avqust 20221911 oktyabr 20222022 avqust 20222122 avqust 2022224 oktybar 20222324 avqust 20222418 avqust 20222526 yanvar 2024264 aprel 20232716 avqust 20222825 avqust20222913 sentyabr 20223019 sentyabr 20223122 iyul 2022
İstinadlar Kateqoriya:NATO münasibətləri Kateqoriya:İsveçin xarici siyasəti