thumb|Dam prizmalı 8×42 binoklu Binokl və ya durbinBinokl və ya durbin // Azərbaycan dilinin izahlı lüğəti (4 cilddə). Bakı, Şərq-Qərb. 2006. — uzaqda yerləşən əşyaları hər iki gözlə müşahidə etmək üçün birləşdirilmiş iki paralel görmə borusundan (teleskopdan) ibarət optik cihaz. Əksər binoklların iki əllə istifadəyə hesablanmasına baxmayaraq, onlar opera binokllarından tutmuş ayaqlığa quraşdırılmış iriqabaritli hərbi modellərə qədər geniş ölçüdə dəyişməkdədir.
Teleskopdan (monokulyardan) fərqli olaraq, binokl istifadəçiləri üçölçülü təsvirlə təmin edir: hər bir okulyar müşahidəçinin müvafiq gözünə bir qədər fərqli təsvir verir və parallaksın köməyilə görmə korteksində dərinlik təəssüratı yaradılır. thumb|Porro prizmalı tipik binoklun quruluşu
Optik dizaynlar
Qaliley sistemi left|thumb|Qaliley sisteminin sxemi thumb|Qaliley binoklu Görünür, hardasa 17-ci əsrdə teleskop icad ediləndən bəri iki teleskopu yan-yana birləşdirilməyin binokulyar görmə üstünlükləri kəşf edilmişdir. İlk binokllar Qaliley optikasından istifadə edirdi; belə ki, obyektiv qabarıq, okulyar isə çökük linzadan ibarət idi. Qaliley sistemi təsviri düz formada təqdim etmə üstünlüyünə malikdir, lakin görüş sahəsi dardır və böyütmə qabiliyyəti çox da yüksək deyil. Bu tip quruluş çox ucuz modellərdə, opera və ya teatr binokllarında hələ də istifadə olunur. Həmçinin Qaliley sistemindən aşağı böyütməli binokulyar cərrahiyə və zərgər lupalarında da istifadə olunur, çünki onlar çox yığcam olduğundan əlavə və ya müstəsna optikaya ehtiyac olmadan şaquli təsvir yaradır, bu isə xərcləri və ümumi çəkini aşağı salır. Həmçinin onlar böyük çıxış bəbəyinə malikdir ki, bu da mərkəzləşdirməni çox da kritik etmir və bu tətbiqlərdə dar görüş sahəsi yaxşı işləyir. Bunlar, adətən, eynəyin çərçivəsinə quraşdırılır və ya xüsusi olaraq eynəklərə uyğunlaşdırılır.
Kepler sistemi left|thumb|Kepler sisteminin sxemi Kepler sistemində obyektiv linzasının yaratdığı təsvir müsbət okulyar linzasının vasitəsilə müşahidə olunur. Kepler optikasına malik binokllarla daha təkmil təsvir və daha yüksək böyütmə əldə edilir.
Düzəldici linzalar left|thumb|Ötürücü linzalı aprimatik binoklun optik sxemi thumb|Aprizmatik binokl Kepler optikasına malik aprizmatik binokllarda (bəzən bunlara "qoşalaşmış teleskoplar" da deyilir) hər bir borunun obyektiv və okulyarı arasında bir və ya iki əlavə linzaya (ötürücü linzaya) rast gəlinir. Bu linzalardan təsviri düzəltmək üçün istifadə olunur. Düzəldici linzalara malik binoklların ciddi bir çatışmazlığı var idi: onlar çox uzun idilər. Belə binokllar 1800-cü illərdə məşhur idi (məsələn, G. & S. Merz modelləri), lakin 1890-cı illərdə Carl Zeiss şirkəti tərəfindən təkmilləşdirilmiş prizmalı binokllar təqdim edildikdən qısa müddət sonra istifadədən çıxmışdırhttp://fp.optics.arizona.edu/antiques/History%20of%20Telescopes%20and%20Binoculars%20-%20SPIE.pdf John E. Greivenkamp and David L. Steed. The History of Telescopes and Binoculars: An Engineering Perspective. Novel Optical Systems Design and Optimization XIV, edited by R. John Koshel, G. Groot Gregory, Proc. SPIE Vol. 8129, 81290S-1 © 2011 SPIE CCC code: 0277–786X/11/$18 ·
Prizmalar Konstruksiyaya daxil edilən optik prizmalar, bir çox linzalara ehtiyac duymadan təsvirin düzgün şəkildə göstərilməsinə imkan verdi və əsasən porro və ya dam prizmalarının istifadəsilə cihazın ümumi uzunluğu azaldıldı.Michael D. Reynolds, Mike D. Reynolds, Binocular Stargazing, Stackpole Books – 2005, page 8
Porro prizmaları left|thumb|Porro prizmasının quruluşu thumb|Porro prizmalı binokl Porro prizmalı binokllar 1854-cü ildə bu təsvir düzəldici sistemi patentləşdirən italyan optiki İqnazio Porronun şərəfinə adlandırılıb. Bu sistem daha sonra digər binokl istehsalçıları, xüsusən də 1890-cı illərdə Carl Zeiss şirkəti tərəfindən təkmilləşdirilmişdir.Europa.com — The Early History of the Binocular Bu tip binokllar təsviri Z-şəkilli konfiqurasiya ilə düzəltmək üçün bir cüt porro prizmasından istifadə edir. Bu daha yaxşı dərinlik hissiyyatı verən geniş, obyektiv linzaları yaxşı ayrılmış və okulyarla yaxşı balanslaşdırılmış binoklları əldə etməyə imkan verir. Porro prizmalı quruluş sayəsində optik yol döndərilir, beləliklə də binoklların fiziki uzunluğu obyektivin fokus məsafəsindən az olur. Porro prizmalı binokllar kiçik fəzada təsvir yaratmaq üçün hazırlandı və beləliklə də prizmalı binoklların istifadəsi geniş vüsət aldı.
Dam-prizmalar left|thumb|Abbe-Köniq "dam" prizmasının quruluşu thumb|Dam prizmalı binoklun okulyar və obyektivləri bir xətt üzrə yerləşir Dam prizmalarından istifadə edən binokllar 1870-ci illərin əvvəllərində Axill Viktor Emili Daubrisin layihəsi əsasında ortaya çıxmış ola bilər.photodigital.net — rec.photo.equipment.misc Discussion: Achille Victor Emile Daubresse, forgotten prism inventor 1897-ci ildə Moritz Hensoldt dam prizmalı binoklların satışına başlamışdır. Əksər dam prizmalı binokllar təsviri düzəltmək və optik yolu döndərmək üçün Abbe-Köniq prizmasından (Ernst Karl Abbe və Albert Köniqin adını daşıyır və 1905-ci ildə Carl Zeiss tərəfindən patentləşdirilmişdir) və ya Şmidt-Pexan prizmasından (1899-cu ildə icad edilmişdir) istifadə edir. Onlar obyektiv linzaları ilə okulyarları təxminən bir xətt üzrə yerləşir. Porro prizmaları ilə müqayisədə dam prizmaları cihazı daha kiçik və yığcam formada yaratmağa imkan verir. Müxtəlif prizmalar arasındakı təsvir parlaqlıqları da fərqlidir. Porro-prizmalı binokllar mahiyyət etibarilə eyni böyütməyə, obyektiv ölçüsünə və optik keyfiyyətə malik dam prizmalı Şmidt-Pexan dam prizmalarından daha parlaq təsvir yaradacaq, çünki bu cür dam prizmalarında işıq ötürməni 12–15% azaldan gümüşü səthlərdən istifadə olunur. Həmçinin dam prizmalarının dizaynı onların optik elementlərinin hizalanması (kollimasiya) üçün daha dar müsaidələr tələb edir. Bu onların xərcini artırır, çünki dizayn zavodda yüksək dərəcədə kolimasiyaya uyğunlaşdırılmalı olan sabit elementlərdən istifadəni tələb edir. Porro prizmalı binokllar bəzən prizma dəstlərinin kollimasiyasına nail olmaq üçün yenidən hizalanmaya ehtiyac duyurlar. Dam-prizmalı dizaynlarda sabit hizalanma o deməkdir ki, binokl normal olaraq rekollimasiyaya ehtiyac duymayacaq.
Optik parametrlər thumb|Binoklun prizma təbəqəsində qeyd olunmuş optik parametrlər: obyektivin diametri — 50 mm; görüş sahəsi — 1000 yardda (910 m) 372 fut (113 m); böyütmə qüvvəsi — 7 Binokllar, adətən, xüsusi tətbiqlər üçün dizayn edilir. Müxtəlif dizaynlar binoklun prizma təbəqəsində qeyd olunan optik parametrləri tələb edir. Həmin parametrlər bunlardır:
Böyütmə Binoklun xarakteristikasındakı (məsələn, 7x35, 8x50) ilk ədəd kimi verilən böyütmə, obyektivin fokus məsafəsinin okulyarın fokus məsafəsinə nisbətidir. Bu binoklların böyütmə qüvvəsini verir (bəzən diametrlərlə ifadə olunur). Məsələn, böyütmə əmsalının 7 olması o deməkdir ki, binokl həmin məsafədən görünən orijinal təsvirdən 7 dəfə böyük olan təsvir yaradır. Arzu olunan böyütmə miqdarı nəzərdə tutulan tətbiqdən asılıdır və əksər binokllarda cihazın daimi, tənzimlənməyən xüsusiyyətidir (yaxınlaşdırıcı binokllar istisnadır). Əl binoklları, adətən, 7x-dən 10x-ə qədər böyütməyə malik olur, ona görə də onlar əldəki silkələnmələrin təsirinə daha az həssas olurlar.Clifford E. Swartz, Back-of-the-envelope Physics, JHU Press – 2003, page 73 Daha böyük böyütmə daha kiçik görüş sahəsinə gətirib çıxarır və təsvirin stabilliyi üçün tripod (üçayaq) tələb oluna bilər. Astronomik və ya hərbi tətbiqlər üçün ixtisaslaşmış bəzi binokllar 15x-dən 25x-ə qədər böyütməyə malik olur.Martin Mobberley, Astronomical Equipment for Amateurs, Springer Science & Business Media – 2012, pp. 53–55
Obyektivin diametri Binoklun xarakteristikasındakı (məsələn, 7x35, 8x50) ikinci ədəd kimi verilən obyektiv linzasının diametri ayırdetməni (kəskinliyi) və təsviri almaq üçün işığın hansı miqdarda toplana biləcəyini müəyyən edir. İki müxtəlif binokl bərabər böyütməyə, bərabər keyfiyyətə malik olduqda və kifayət qədər uyğun bir çıxış bəbəyi yaratdıqda (aşağıya baxın), daha böyük obyektiv diametri "daha parlaq" və daha kəskin təsvir yaradır. Beləliklə, 8×40, 8×25-dən daha "parlaq"buradakı "parlaqlıq" parlaqlığın fotometrik tərifinə yox, torlu qişadakı işıq axınına aiddir: qoşa çıxış bəbəyi fərziyyəsi ilə böyüdülmüş səhnənin (fotometrik) parlaqlığı (torlu qişanın işıqlandırması) (ideal itkisiz binokl üçün) itkisiz optik sistemlərdə parlaqlığın qorunmasına görə eyni mühit işığı şəraitində çılpaq gözlə qəbul edilən kimi eyndir. Nəzərə almaq lazımdır ki, hər halda, eyni böyütmə və uyğun çıxış bəbəyiylə, torlu qişada işıq axını yalnız mütləq şəkildə artır, lakin iki fərqli mühit işığının hər birində çılpaq gözlə görmə ilə müqayisədə belə deyil."https://archive.org/details/OpticsAndItsUses" G. F. Lothian, Optics and its uses, Van Nostrand Reinhold Company, 1975, p. 37https://archive.org/stream/PrinciplesOfOptics/BornWolf-PrinciplesOfOptics#page/n3/mode/2up M. Born, E. Wolf, Principles of Optics, Pergamon Press – fifth edition, 1970, pp. 188–190 və daha kəskin təsvir yaradacaq.Alan R. Hale, Sport Optics: Binoculars, Spotting Scopes & Riflescopes, Hale Optics – 1978, pp. 92, 95Alan R. Hale, How to Choose Binoculars – 1991, pp. 54–58 Baxmayaraq ki, ikisi də təsviri eyni cür (8 dəfə) böyüdür. Həmçinin 8×40-dakı daha böyük ön linzalar, okulyardan buraxılan daha böyük işıq dəstəsi (çıxış bəbəyi) yaradır. Bunun nəticəsində 8x40-la müşahidə aparmaq 8x25-ə nəzərən daha rahat olur. Böyütmə, kəskinlik və işıq axını baxımından 10x50 binoklu 8x40 binoklundan daha yaxşıdır. Obyektivin diametri, adətən, millimetrlə ifadə edilir. Adətən binoklları böyütmə × obyektivin diametri kimi təsnif edirlər; məsələn, 7×50. Kiçik binoklların diametri 22 mm-ə qədər; sahə binokllarının diametri, adətən, 35 mm və 50 mm; astronomik binoklların diametri isə 70 mm ilə 150 mm arasında dəyişir.
Görüş sahəsi Binoklun görüş sahəsi onun optik dizaynından asılıdır və ümumi olaraq böyütmə qüvvəsiylə tərs mütənasibdir. O, adətən, xətti kəmiyyətlə və ya bucaq kəmiyyətiylə ifadə olunur.
Çıxış bəbəyi thumb|Kiçik çıxış bəbəkləri və az işıqlı böyük çıxış göz bəbəkləri 9×63 binoklundan istifadə edə bilirlər.|201x201px Binoklun obyektivi tərəfindən toplanan işıq şüalarının diametri, yəni çıxış bəbəyi, obyektivin diametrinin böyütmə qüvvəsinə nisbətidir. Maksimal effektiv işıq qüvvəsi, təsviri parlaqlığını və kəskinliyi artırmaq üçün çıxış bəbəyi ən azı insanın göz bəbəyinin diametrinə bərabər olmalıdır (göz bəbəyinin ölçüsü gecə təqribən 7 mm, gündüz isə təqribən 3 mm olur və zamana görə azalır). Əgər binokldan çıxan işıq konusu onun daxil olduğu göz bəbəyindən böyükdürsə, bəbəkdən böyük olan hər hansı işıq dəstəsi bir işə yaramır. Gündüz istifadəsində, adətən, insan bəbəyi təqribən 3 mm genişlənir ki, bu da 7×21 binoklunun çıxış bəbəyinə yaxındır. Daha böyük 7×50 binoklunun yaratdığı işıq konusu göz bəbəyindən böyük olacaq və bu işıq gündüz vaxtı səmərə verməyəcək. Çıxış bəbəyinin çox kiçik olması da müşahidəçini tutqun görünüşlə təmin edəcək, çünki bu zaman torlu qişanın işıq toplayan səthinin yalnız kiçik bir hissəsi istifadə olunur.Philip S. Harrington, Touring the Universe through Binoculars: A Complete Astronomer's Guidebook, Wiley – 1990, p. 265 Avadanlıqların daşınmasına gərək duyulan tətbiqlər (quşların müşahidəsi, ovçuluq) üçün istifadəçilər maksimum ayırdetməyə malik olan, lakin aperturla bağlı əhəmiyyətsiz ağırlığı daşımamaq üçün göz qişasının arzu olunan diametriylə uyuşan çıxış bəbəyinə malik daha kiçik (daha yüngül) binokllara üstünlük verirlər.