Xalxin-Qol çayı (; — Monqolustanın şərqində Çinin Daxili Monqolustanda yerləşən çay. Çay həm də monqol mənşəli -iin şəkilçisi ilə Kalxin Qol və ya Xalx çayı kimi də adlandırılmışdır. Çayın mənbəyi Daxili Monqolustan ərazisindəki Böyük Xinqan dağlarının qərb yamaclarından başlayır. Aşağı tərəfdə isə Çinin Daxili Monqolustan ilə Monqolustan Respublikası arasında dövlət sərhəddini təşkil edir.

Çayın yatağı dolama və şaxələnmişdir. Sahilləri sıldırım, yamacların hündürlüyü 1–3 m, çay ağzına yaxın əraziləri alçaq, bataqlıq, qamış və kolluqlarla örtülmüşdür. Çay iki qola bölünür. Sol hissədən Buir-Nur gölünə, sağdan isə Biur-Nur və Dalanur göllərinə birləşdirən Orçun-Göl çaylarına axır. Xalxin-Qol çayı 7 il 6 ay davam etmiş Sovet-Yapon sərhəd münaqişəsinin həll edici fazası hesab olunan Xalxin-Qol döyüşü məşhurdur. 1939-cu ilin 11 may-16 sentyabr tarixləri aralığında Sovet Sosialist Respublikaları İttifaqı ilə Yaponiya imperiyası arasında çay yatağı və çay qolları boyunca 4 ay davam etmiş şiddətli toquşşamalar baş vermişdir.

Döyüşlərə SSRİ tərəfdən Monqolustan Xalq Respublikası, Yaponiya imperiyası tərəfindən isə Mançjou-qo cəlb edilib. 41 min insanın həlak olması ilə nəticələnən toqquşmalar Yaponiya imperiyasının məğlubiyyəti ilə nəticələnmişdir.

İstinadlar

Kateqoriya:Monqolustan çayları Kateqoriya:Daxili Monqolustan Kateqoriya:Çin çayları Kateqoriya:Sərhəd çayları Kateqoriya:Asiyanın beynəlxalq çayları