thumb|Artur Tsutsiyevə görə erməni əhalisinin Rusiya imperiyasına miqrasiyasının əsas istiqamətləri Ermənilərin tarixi miqrasiyası yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesi.

Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi.

Köçürülmə planının məqsədi Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu.

Türkmənçay müqaviləsinin nəticəsi Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar.

thumb|150px|Məşhur rus diplomatı Aleksandr Qriboyedov, Rusiya imperiyasının İrandakı səfiri, ermənilərin cənubi Qafqaza köçürülməsində aktiv iştirak etmişdir. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar. Biz həmiçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalamayacaqlar".

Rus imperiyasının hakim dairələri Cənubi Qafqazda yeritdikləri müstəmləkə siyasətində ermənilərə çox bel bağlayırdılarhttp://www.kommersant.ru/doc.aspx?DocsID=570883.

Amerikalı alim Castin Makkartinin yazılarında Cənubi Qafqazda, daha doğrusu Azərbaycanda erməni koloniyalarının yaradılması haqqında bunları demişdir: "1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyirinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilmiş, və dəqiq məlum olmayan sayda insan isə qətlə yetirişmişdir….Ruslar iki dəfə 1828 və 1854-cü illərdə Şərqi Anadoluya hücum etmiş, lakin hər iki halda geri çəkilməyə məcbur olmuşlar. Geri çəkilərkən onlar özləri ilə 100 000 ermənini də Qafqaza gətirmiş və yurdlarından qovulmuş və məhv edilmiş türklərin yerlərində yerləşdirmişdilər".

1877–1878-ci illər müharibəsində, ruslar Qars–Ərdəhan vilayətini zəbt etmiş, müsəlmanları qovaraq onların yerində 70 000 erməni məskunlaşdırmışdılar…….1895–1896-cı illərin hadisələrində isə təxminən 60 000 erməni Qafqazda məskun edilmişdir…..Birinci Dünya müharibəsi illərində miqrasiya balanslı şəkildə davam etmiş, Şərqi Anadoludan olan 400 000 erməni Qafqazın 400 000 müsəlman əhalisinə dəyişdirilmişdir.

Amerika akademikinin göstərdiyi rəqəmlərə görə, 1828 və 1920-ci illər arasında Azərbaycana 560 000 erməni köçürülmüşdür. Bununla da Şərqi Qafqazın ruslar tərəfindən işğalı nəticəsində Azərbaycan torpaqlarında – Araks çayının şimalında erməni əhalisi sürətlə artmağa başladı. Bununla bağlı diqqətə layiq bir fakt da Z. Balayanın özü etiraf etmişdir: "Onun (İrəvanın) əhalisi başqa yerlərdən gəlmələrdir. Əslində həqiqi İrəvanlı yoxdur". Akademik A. İ. İonisian yazır ki, "İrəvan şəhərinin əhalisinin yalnız dörddə biri ermənilərdir, azərbaycanlılar burada mütləq üstünlüq təşkil edir".

Rus imperatoru I Nikolayın 21 mart 1828-ci ildə verdiyi fərmanına görə Azərbaycanın Naxçıvan və İrəvan xanlığı ləğv olunmuş, onların yerində rus hakimləri tərəfindən idarə olunan "Erməni vilayəti" adlanan yeni inzibati qurum yaradılmışdır. 1849-cu ildə bu mahalın adı dəyişdirilərək İrəvan quberniyası qoyulmuşdur.

Ərazilərinin gunişləndirilməsi məqsədini güdən ermənilər 1836-cı ildə Rusların köməyi ilə Azərbaycanda o zaman fəaliyyət göstərən Alban Patriarxat kilsəsinin ləğv olunmasına və onun mülklərinin erməni kilsəsinə verilməsinə nail oldular. Bir qədər sonra keçmiş Alban dövlətinin qərb əraziləri (daha dəqiq desək Qarabağ regionu) ermənilərin XIX əsrdə davam edən sıx məskunlaşması nəticəsində dövlətçiliyini və dini müstəqilliyini itirdi və həmin yerlərin əhalisinin Qriqoryanlaşdırılması, bununla belə də erməniləşdirilməsi prosesi başlandı.

Bu açıq həqiqət hələ XIX əsdrə bəlli idi. Məşhur rus tarixçisi V.L.Veliçko yazırdı: "Səhvən erməni adlandırılan, əslində isə erməni-qreqorian təriqətini qəbul edən və yalnız üç-dörd əsr əvvəl erməniləşmə prosesinə qədəm qoyan əhali müstəsnalıq təşkil edirdi". Bunu erməni müəllifi B. İşxanyan da təsdiq edərək yazırdı: "Dağlıq Qarabağda məskunlaşmış ermənilərin bir qismi yerli olub qədim Alban xalqının nəsilləri, bir qismi isə Türkiyə və İrandan qaçmış və Azərbaycan torpaqlarında təqib və təzyiqlərdən sığınacaq tapmış erməni əhalisidir".

Cənubi Qafqazda etnik tərkibin süni surətdə dəyişdirilməsi thumb|200px|Cənubi Qafqaza köçən erməni ailəsi thumb|left|250px|Ermənilərin Türkiyədən Cənubi Qafqaza köç etməsi. thumb|left|250px|İrəvan quberniyasının etnik xəritəsi; xəritə 1902-ci ildə 1886-cı ilə aid kameral sayımının nəticələri əsasında tərtib edilib.

Ermənilər Zaqafqaziyaya köçürülərkən onların harada yerləşdirilməsinə xüsüsi diqqət verilirdi.

A.S.Qriboyedov yazırdı: rus ordusunun tutduğu rayonlardan – Təbriz, Xoy, Salmas, Marağadan bütün erməniləri Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürmək lazımdır. Qriboyedovun bu tövsiyəsi layiqincə yerinə yetirildi.

Şavrov yazırdı: "Ermənilər erməni əhalisinin cüzi miqdarda olduğu Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı xəzinə torpaqlarında yerləşdirildi… Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ) və Göyçə gölünün sahilləri bu ermənilərlə məskunlaşmışdır".

Beləliklə, ermənilərin köçürülməsi ilə adları çəkilən ərazilərin etnik tərkibi dəyişdirilməyə başladı.

1823-cü il məlumatına görə Qarabağ vilayətinin (keçmiş Qarabağ xanlığının ərazisi) 20 minə yaxın ailəsindən cəmi 1, 5 minini erməni ailəsi təşkil edirdi. Köçürmədən sonra əhalinin etnik tərkibi kəskin şəkildə dəyişir.

1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 64,8 %, ermənilər isə 34,8% təşkil etdi. Bu siyasət məqsədyönlü şəkildə davam etdirilməyə başladı. XIX əsrin 80-ci illərində Şuşa qəzasında əhalinin milli tərkibində azərbaycanlılar 41,5% ermənilər isə 58,2% oldu. Rusiyada əhalinin 1897-ci il siyahıya alınmasına görə bu rəqəmlər 45 və 53%, 1917-ci ildə isə 40,2 və 52,3% olmuşdu. 1918–1920-ci illərdə Ermənistan Respublikasının törətdikləri azərbaycanlı qırğınları Qarabağı da əhatə etmişdi.

1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətini təşkil edərkən tarixi ədalətsizliyə yol verildi, Qarabağın dağlıq və aran hissəsi süni şəkildə bir-birindən ayrıldı, erməni əhalisinin konsolidasiyası üçün əlverişli şərait yaradıldı, azərbaycanlıların demoqrafik mövgeyinə ciddi zərbə vuruldu.

1926, 1959, 1970, 1979-cu illərdə keçirilmiş siyahıya almalara görə DQMV-nin azərbaycanlı və erməni əhalisi müvafiq olaraq 10,1 və 89,1%; 13,8 və 84,4%; 18,1 və 80,5%; 23,0 və 75,9% olmuşdur.

Dağlıq Qarabağ erməniləri 1978-ci ildə köçürülmələrinin 150 illiyini qeyd etmiş, bu münasibətlə keşmiş Mardakert / Ağdərə rayonunun (indiki Tərtər rayonunda) Marağaşen / Leninavan (indiki Şıxarx) kəndində xüsusi abidə qoymuşdular.

Ermənilərin köçürüldüyü qeyd edildiyi kimi həm Rusiyanın, həm də Ermənistanın siyasi mənafeləri ilə bağlı olmuşdur. Minlərlə erməni hər iki dövlətin bu fitnəkar siyasətinin düşünülmüş qurbanı olmuşdur. İqtisadi mənafe ilə bağlı olan məsələlərdə çox pərgar olan ermənilər bu siyasi oyunların acınacaqlı nəticələrindən dərs ala bilməmiş, Rusiya və Ermənistan liderlərinin onlar üçün müəyyən etdiyi fitnə və xəyanət rolunu həmişə canla-başla və amansızlıqla yerinə yetirmiş, hər dəfə də bu əməllərin qanunauyğun nəticəsi kimi milli məğlubiyyət və faciəyə düçar olmuşlar.

Bu fitnəkarlığın başlıca obyekti olan Türkiyə və Azərbaycan müəyyən çətinliklərə baxmayaraq həmişə bu imtahandan uğurla çıxmışdır.

Ermənilərin Naxçıvana köçürülməsi siyasəti Çar Rusiyasının Şimali Azərbaycana ermənilərin köçürülmə siyasətində Naxçıvan bölgəsinə də xüsusi yer ayrılmışdı. Rusiyada bu siyasətə haqq qazandırmaq üçün İrəvan və Naxçıvan kimi tarixi Azərbaycan ərazilərini erməni torpağı kimi qələmə verməkdə davam edirdi. Çar I Nikolay (1825–1855) İrəvan və Naxçıvan xanlıqları əsasında qondarma "Erməni vilayəti" yaradılması haqqında 1828-ci ilin martında fərman vermişdi.О именовании присоединенных к России ханств Эриванского и Нахичеванского Областию Армянского // Полное собрание законов Российской империи.Собр. вт. т.III. СПб., 1830, ст.1888.

Lakin qısa bir müddət sonra, 1840-cı ildə bu vilayəti ləğv etmiş; beləliklə, həmin ideyanın doğru olmadığı təsdiq olunmuşdu. Buna baxmayaraq 1828–1831-ci illərdə Naxçıvan bölgəsinə xeyli miqdarda erməni köçürülmüşdü.

Naxçıvan vilayəti və Ordubad dairəsinə İrandan 2387 ailə, yaxud 11 992 nəfər (6339 kişi, 5653 qadın), Türkiyədən 8 ailə, yaxud 27 nəfər (17 kişi, 10 qadın) köçürülür.

Qriqoryevin ermənilərin İrandan Naxçıvana köçürülməsinə dair faktları Şopendən müəyyən qədər fərqlənir. Şopen İrandan Naxçıvana köçürülənlərin ümumi sayının 2387 ailə (Naxçıvan əyaləti üzrə 2137, Ordubad dairəsi üzrə 250 ailə) olduğunu göstərirsə, Qriqoryevdə bu rəqəmlər müvafiq olaraq 2551 (+164), 2285 (+148) və 266 (+16) təşkil edirdi. Qriqoryevin təqdim etdiyi cədvəl ermənilərin haradan haraya köçürülməsini də aydınlaşdırır. Cədvəldən aydın olur ki, Naxçıvan əyalətinə köçürülən 2285 ailədən 416-sı (18,2 %) Naxçıvan şəhərində məskunlaşmışdı. Qalan ailələr Naxçıvan əyalətinin 43, Ordubad dairəsinin 5 kəndində yerləşmişdi.

Qriqoryevin təqdim etdiyi cədvəlin mühüm cəhətlərindən biri də ondan ibarətdir ki, o Naxçıvana köçürülən ermənilərin yaş və cins kimi vacib demoqrafik göstəriciləri haqqında təsəvvür yaradır. Köçürülən ermənilərin (13 160 nəfər) 6954 nəfərini (52,8 %) kişilər təşkil edirdi. Kişilərə dair məlumat iki yerə bölünmüş, burada böyüklər və kiçik yaşlılar ayrılmışdır. Bu rəqəmlər də əslində ciddi informasiya mənbəyidir. Köçürülən ermənilərin 4459 nəfəri (64,12 %) böyüklər, 2495 nəfəri (35,88 %) kiçik yaşlılar idi. Bu fakt köçürülən ermənilər içərisində demoqrafik artım potensialını göstərir. Köçürülən ermənilərin 6206 nəfərini (42,2 %) qadınlar təşkil edirdi.

Ermənilərin millətçi partiyaları Ermənilərin cənubi Qafqazda ərazi iddialarıının ideoloji əsası 1885-ci il Fransada (Marsel) yaranmış "Armenakan", 1887-ci ildə İsveçrənin Cenevrə şəhərində yaradılan "Hnçaq" və 1890-cı ildə Tiflisdə əsası qoyulan "Daşnaksütyun" millətçi partiyalarınin fəaliyyəti ilə bağlı olmuşdur. Bu partiyalar Osmanlı İmperiyası və İrandan qaçmış ermənilərin yaşadığı əraziləri birləşdirmək üçün bütün vasitələrdən, ən əsası isə qiyam və terror aktlarından geniş istifadə etməyi qarşılarına məqsəd qoymuşdular. "Qnçaq" partiyasının proqrammı xüsusilə bu fikri ifadə edirdi: "Bütün şəraitlərdə turkləri və kürdəlri məhv etmək, və öz xalqının rifahına xəyanət etmiş ermənilərə aman verməyərək onlardan qisas almaq".