Bu şəhərdə kimsə yoxdur — Rövşən Abdullaoğlunun eyniadlı romanı və hələ çap olunmamış "İş № 999" əsərləri əsasında rejissor Rüfət Şahbazov tərəfindən 2024-cü ildə ekranlaşdırılmış və 1 mart – 16 avqust 2024-cü il tarixlərində Xəzər TV-də yayımlanmış psixoloji-dram mövzulu Azərbaycan teleserialı. “KAC Group Media” tərəfindən istehsal edilib.
Serialda əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Firdovsi Atakişiyev, Rasim Cəfər, aktyorlar Əbdülqəni Əliyev, İbrahim Çingiz, Əlibəy Məmmədli, Kamil Nazim, aktrisalar Zülfiyyə Qurbanova, Aydan Axundzadə (Çingiz), Ləman Mərrih canlandırıblar.
Serialın çəkilişlərinə 2024-cü ilin yanvarın 22-də başlanılıb, serialdan ilk fraqmentlər isə 25 fevralda yayımlanıb. "Qara Niva" adlanan ilk bölümü 2024-cü ilin martın 1-də efirə gedən serial hər həftənin cümə günü Xəzər TV-də yayımlanıb. Serialın bəstəkarı Tərlan Məmmədhüseynov, ifaçısı isə Rafael Şabanovdur.
16 avqust 2024-cü ildə yayımlanan 24-cü seriya olan "Kül" adlı mövsüm finalı ilə serial başa çatıb.
Qalereya
Həmçinin bax
Ata ocağı Yuxu kimi Əqrəb mövsümü
İstinadlar
Xarici keçidlər
YouTube-da — izlə
Kateqoriya:2024-cü ilin Azərbaycan teleserialları