Cənnət Mir Mustafa qızı Nağıyeva () — filologiya elmləri doktoru, professor.

Həyatı Cənnət Nağıyeva 1927-ci il oktyabr ayının 2-də Azərbaycanın Salyan şəhərində anadan olmuşdur. 1945-ci ildə Bakı şəhəri 132 nömrəli tam orta məktəbin rus bölməsini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin fars bölməsində təhsil almışdır (1945–1950).

Cənnət xanım Nağıyeva 2010-cu il də oktyabrın 7-də vəfat etmişdir. Ailəsi İki qızı var.

Cənnət Nağıyevanın böyük qızı Gülarə Sadıqovadır.İxtisası kimyaçıdır. O, AMEA-nın Neft-Kimya Prosesleri İnstitutunda kimyaçı - mühəndis vəzifəsində çalışıb və bir neçə məqalənin müəllifidir. 25 ildən çox 286 nomrəli məktəbdə kimya fənnini tədris edib.Üç övladı (Fuad Sadıqov, Pərvin Sadıqova və Murad Sadıqov) və dörd nəvəsi var. Amerikada yaşayan ən kiçik nəvəsinə anası, nənəsi Cənnət Nağıyevanın şərəfinə Cənnət adını verib.

Cənnət Nağıyevanın kiçik qızı Nailə Səmədova filologiya elmləri doktoru və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri vəzifəsində çalışır.

Elmi fəaliyyətinin əsas göstəriciləri AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsində (indiki Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu) laborant vəzifəsi ilə əmək fəaliyyətinə başlamışdır (1950), baş laborant (1951-1956), elmi işçi (1956-1974), "Heyran xanımın həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1968), Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda baş elmi işçi (1974-1977), Əlyazmaların elmi təsviri, Biblioqrafiyası və kataloqlaşdırılması şöbəsinin müdiri (1978), "Nəvai və Azərbaycan ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır (1986). Filologiya elmləri doktoru, professordur (2009).

Əməkdar Mədəniyyət İşçisi

İstinadlar