thumb|349x349px| Cənubi Afrikada burlar.

Məskunlaşma kolonializmi və ya məskunlaşma müstəmləkəçiliyi, məskunlaşdırma müstəmləkəçiliyi — kolonialistlərin mövcud cəmiyyəti daimi olaraq kolonialistlərin cəmiyyəti ilə əvəz etmək üçün əraziyə hücum və işğal etməsi ilə baş tutan kolonializm növü.

Məskunlaşma kolonializmi adətən imperiya hakimiyyəti tərəfindən təşkil edilən və ya dəstəklənən, məskunlaşma kolonializmi vasitəsilə ərazi ilə əlaqə və ya nəzarəti saxlayan ekzogen hökmranlığın bir formasıdır. Məskunlaşma kolonializmi istismar kolonializmi ilə ziddiyyət təşkil edir. Bu tip kolonializm əhalisini ucuz və ya pulsuz işçi qüvvəsi kimi, təbii sərvətlərini isə xammal kimi istismar etmək üçün əraziləri fəth etmək kimi iqtisadi siyasətdən ibarətdir. Bu istiqamətdə məskunlaşma kolonializmi nadir hallarda baş verən tam evakuasiya və ya məskunlaşma dekolonizasiyası istisna olmaqla qeyri-müəyyən müddətə davam edir.

Məskunlaşma kolonializmi XVI–XX əsrlərdə Avropa güclərinin kolonial imperiyalarında xüsusilə qabarıq idi. Burların Cənubi Afrikada məskunlaşması, britaniyalı, fransız, portuqal və ispanların Amerikada genişlənməsi, eləcə də Kanar adalarının Kastiliya tərəfindən məskunlaşdırılması məskunlaşma kolonializminin klassik nümunələridir.

İstinadlar

Əlavə ədəbiyyat Adhikari, Mohamed (2021). Civilian-Driven Violence and the Genocide of Indigenous Peoples in Settler Societies. Routledge. ISBN 978-1-000-41177-5.

Horne, Gerald. The Apocalypse of Settler Colonialism: The Roots of Slavery, White Supremacy, and Capitalism in Seventeenth-Century North America and the Caribbean. Monthly Review Press, 2018. 243p. ISBN 9781583676639 Horne, Gerald. The Dawning of the Apocalypse: The Roots of Slavery, White Supremacy, Settler Colonialism, and Capitalism in the Long Sixteenth Century. Monthly Review Press, 2020. ISBN 978-1-58367-875-6.

Marx, Christoph (2017). Settler Colonies, EGO — European History Online, Mainz: Institute of European History, retrieved: March 17, 2021 (pdf). Mikdashi, Maya (2013). What is settler colonialism? American Indian Culture and Research Journal 37.2: 23–34. Schuessler, Jennifer.  "What Is ‘Settler Colonialism’?" New York Times Jan 22, 2024. Settler Colonialism in the Twentieth Century (edited by Susan Pedersen and Caroline Elkins), Routledge, 2005.

Wolfe, Patrick, 'Traces of History: Elementary Structures of Race' (Verso 2016)

Xarici keçidlər Articles on Settler Colonialism in Western American Literature

Kateqoriya:Müstəmləkəçilik Kateqoriya:Mədəni coğrafiya Kateqoriya:Beynəlxalq münasibətlər Kateqoriya:Tarixi coğrafiya