Seyid İbrahim Hüseyn Qütb (), xalq arasında Seyid Qütb () kimi tanınan — Misir yazıçısı, pedaqoq, İslam alimi, qutbizmin banisi, inqilabçı və şairdir. O, 1950–1960-cı illərdə Misirdə Müsəlman Qardaşların aparıcı üzvü olub. 1966-cı ildə o, Misir prezidenti Camal Əbdül Nasirə qarşı sui-qəsd hazırlamaqda təqsirli bilinib və asılaraq edam edilib. O, Əl-Qaidə və İŞİD kimi qlobal cihadçı təşkilatların ideoloji köklərini dəstəkləyən dini-siyasi doktrina olan "sələfi cihadçılığının atası" hesab olunur.
24 kitabınJohn L. Esposito, Islam and Politics, Syracuse University Press (1998), p. 139 30-a yaxın kitabı müxtəlif səbəblərdən (əsasən dövlət tərəfindən məhv edilmiş) çap olunmamışBadmas 'Lanre Yusuf, Sayyid Quṭb: A Study of His Tafsīr, The Other Press (2009), p. 89 və minimum 581 məqaləninBadmas 'Lanre Yusuf, Sayyid Quṭb: A Study of His Tafsīr, The Other Press (2009), p. 85, o cümlədən romanlar, ədəbi-bədii tənqid və maarifləndirici əsərlərin müəllifi, dünyanın, məxsusən İslam dünyası, xüsusən də "Sosial Ədalət" və Məalim fi əl-Tariq ("Yoldakı İşarələr") kitablarında İslamın ictimai və siyasi rolu ilə bağlı fəaliyyətilə tanınır. Onun şah əsəri Fi Zilal əl-Quran ("Quranın kölgəsində") adlı Quranın 30 cildlik təfsiridir.Sayed Khatab, The Political Thought of Sayyid Qutb: The Theory of Jahiliyyah, Routledge (2006), p. 161
Qütbün yaxın ətrafı nüfuzlu siyasətçilər, ziyalılar, şairlər və ədəbiyyat xadimlərindən ibarət idi. 1940-cı illərin ortalarında onun bir çox yazıları məktəb, kollec və universitetlərin tədris proqramlarına daxil edilib.The Political Thoughts of Sayyed Qutb, Ch. 3, p. 56
Müşahidələrinin və tənqidlərinin əksəriyyəti müsəlman dünyasına yönəlsə də, Qütb həm də ABŞ cəmiyyətini və mədəniyyətini ciddi şəkildə rədd etməsi ilə tanınır, onu materialist, cinsi həzzlərə aludəçilik və zorakılıq kimi qiymətləndirirdi. O, zorakı, təcavüzkar cihadı müdafiə edirdi.Stahl, A. E. "'Offensive Jihad' in Sayyid Qutb's Ideology."Qutb, Milestones, (2003) pp. 63, 69 Qütb davamçıları tərəfindən böyük mütəfəkkir və İslam şəhidi kimi təsvir edilsə də, bir çox müşahidəçilər onu Əl-Qaidə kimi zorakı islamçı radikal qruplar üçün islamçı ideologiyanın əsas yaradıcısıThe Osama Bin Laden I Know , Peter L. Bergen] pp. 18–20 və ilham mənbəyi kimi görürlər. Qütb XX əsrin görkəmli islamçı ideoloqlarından hesab olunur. Şəhidlik statusu ilə güclənən Qütbün cahiliyyə ilə bağlı fikirləri və şəriətin tətbiqini tövhidlə yaxından əlaqələndirməsi müasir islamçı və cihadçı hərəkatlara böyük təsir göstərmişdir. Bu gün onun tərəfdarlarını "Qütbist" və ya "Qütbi" adlandırırlar.
Həmçinin bax Həsən əl-Bənna Əbüləla Mövdudi İbn Qəyyim əl-Cövziyyə
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Edam olunmuş inqilabçılar Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Siyasi filosoflar Kateqoriya:Antikapitalistlər Kateqoriya:İslamizm Kateqoriya:Antiimperializm Kateqoriya:XX əsr filosofları Kateqoriya:Misir yazıçıları Kateqoriya:Antiatlantizm Kateqoriya:İslam və antisemitizm