Özünlə apar — Azərbaycan müğənniləri Fahree və İlkin Dövlətov tərəfindən 2024-cü ildə ifa edilmiş mahnı. Fahree də daxil olmaqla, mahnının yazılmasına altı müəllif iştirak etmişdir. Mahnı, 2024 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edib.

Yazılması

"Özünlə apar" mahnısının musiqi və sözləri Fahree, Edqar Ravin, Həsən Haydər, Mila Miles və Mado Salikh tərəfindən yazılmışdır. Mahnının sözlərində həm ingilis, həm də Azərbaycan dilləri istifadə olunmuşdur ki, bu da onu, Azərbaycan dilində təqdim olunan ilk Avroviziya mahnısı edir.

7 mart 2024-cü ildə Azərbaycanın 2024 Avroviziya Mahnı Müsabiqəsində Fahree tərəfindən təmsil olunacağı elan edilmişdir. Mahnı 15 mart 2024-cü ildə təqdim edilmiş, elə həmin gün mahnının səhnə performans videosu yarışmanın rəsmi YouTube kanalına yüklənmişdir. Növbəti gün mahnı qlobal strim-servislərdə təqdim olunmuşdur.

Avroviziya Mahnı Müsabiqəsi

Milli mahnı seçimi

Azərbaycanın 2024 Avroviziya Mahnı Müsabiqəsində iştirakı İctimai TV tərəfindən 14 iyul 2023-cü ildə təsdiqlənmiş, 30 sentyabr 2023-cü ilə kimi isə iştirakçı mahnılar qəbul edilmişdir. Aralarında Fahree-nin də olduğu iştirakçının canlı dinləmələri 29 oktyabr 2023-cü ildə baş tutmuşdur.

6 noyabrda İTV 6 iştirakçıdan ibarət qısa siyahını açıqlamışdır; həmin siyahıda Fahree, eyni zamanda İlkin Dövlətov və mahnının musiqi müəlliflərindən biri olan Mila Miles-ın daxil olduğu trio da var idi. Həmin trio və müğənni Ayselin finala qalmış iki yarışmaçı olması haqqında məlumat yayılmasına baxmayaraq, 7 martda, Fahree-nin ölkəni Malmödə təmsil edəcəyi bildirilmişdir.

Avroviziyada Çıxarılması +ÖlkəTarixFormat(lar)LeyblMüxtəlif15 mart 2024Rəqəmsal yükləmə BEAT Music İstinadlar

Kateqoriya:2024-cü ilin sinqlları Kateqoriya:2024-cü ilin mahnıları Kateqoriya:2024 Avroviziya Mahnı Müsabiqəsinin mahnıları Kateqoriya:Azərbaycanın Avroviziya mahnıları Kateqoriya:2024 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:Azərbaycan dilində mahnılar