Siyasi mif — insan qrupları tərəfindən inanılan ideoloji şayiə.
Tərifi 1975-ci ildə Henri Tüdor öz Siyasi Mif adlı kitabında siyasi miflərin tərifini bu cür verib: “Bu miflər yalan olsa belə onların düzgünlüyünə inananlar var və onlar həqiqətlə üzləşmək üçün istifadə edilə biləcək, dramatik quruluşa sahib alətlərdir”. Siyasi miflər sadəcə siyasi mövzulara toxunur və həmişə bir qrup insanı qəhrəman, yaxud protaqonist kimi göstərir.
1946-cı ildə Ernst Kassirer “Dövlətin Mifi” adlı əsərində siyasi nəzəriyyəni yenidən şərh etdi.
1973-cü ildə T.L.Torson “Siyasi Nəzəriyyə Tarixi”nin 4-cü nəşrində belə yazırdı: “Başqalarına təsir göstərmək məqsədilə açıq şəkildə ‘mif’ yaratmaq bacarığı müasir düşüncənin əsas xüsusiyyətidir (məsələn, Platonun ‘Dövlət’ əsərində etdiyi kimi). Orijinal mənasında mif sözün əsl mənada təsviridir”.T.L. Thorson (1973) A History of Political Theory, 4th edition, page 14
Funksiya Tudora görə, mifi siyasi xarakter daşıyan edən onun mövzusudur Bu isə siyasətdir. Siyasi bir hekayənin mif kimi yenidən təqdim olunması üçün hadisələrin hekayəsi dramatik formada təqdim edilməli və praktik arqumenti dəstəkləməlidir.
Tudor dramatik formu belə təyin edir: ‘Həqiqətən də, insanlar öz indiki təcrübələrini bu hadisəyə istinad edərək təşkil edə bilərlər, lakin sözügedən hadisələr keçmişdə baş vermiş kimi qəbul edilir.”Siyasi mifin funksiyası onu aşağıdakı komponentlərə ayırdıqda daha yaxşı başa düşülə bilər: (1) mif nəzəri arqumenti təqdim edir, (2) bu arqument bir ideologiyaya daxil edilir və ideologiya mifi praktik arqumentlərlə dəstəkləyir.
Hər bir mifin müəyyən bir icmanı təmsil edən və mənəvi cəhətdən bütöv bir dünya yaratmağa ‘taleli’ olan baş qəhrəmanı və ya qəhrəman fiquru olur; bu dünya həmin icmanın fəaliyyətlərini də bu məqsədə yönəldir. Siyasi diskursda mif-yaradıcı (mitopoetik) narrativlər bir icmanın yaranmasını təsvir edən mənşə hekayələrindən (qurucu miflərdən), gələcəkdə mövcud olacaq bir icmaya siyasi varlıq qazandırmağa (çox vaxt utopiya təsəvvürünə) qədər, eləcə də artıq mövcud olmayan bir siyasi icmanın bərpasına qədər geniş bir spektri əhatə edir.
Hərçənd ki, həm mif, həm də ideologiya müəyyən dəyərlər və inanclar daşıyır, ideologiya icmanın keçmiş təcrübələrini bütöv və məntiqi şəkildə təqdim etməklə praktik arqument irəli sürür. Bu, icmaya mövcud vəziyyəti anlamağa imkan verir və çox vaxt nəticə etibarilə gələcək fəaliyyətləri üçün məqsədlər müəyyənləşdirir. Bir narrativ siyasi icmanın keçmişi, bu günü və gələcəyi haqqında ideoloji cəhətdən işarələnmiş təsvir təqdim etdikdə, həmin mif siyasi mif hesab olunur.İdeoloji cəhətdən işarələnmiş” ifadəsi ilə nəzərdə tutulur ki, narrativ müəyyən bir ideologiya ilə bağlı olan “fərziyyələri, dəyərləri və məqsədləri daşıyır… və bu, müəyyən bir ideoloji mövqeyə razılıq verməyə örtülü şəkildə dəvət edir.
Qısacası, siyasi miflər ‘keçmişi və gələcəyi elə bir şəkildə izah edir ki, mövcud vəziyyəti anlamaq mümkün olur.Siyasi mifin uğuru praktik arqumentin həqiqət kimi qəbul edilməsindən asılıdır.
Nümunələr Siyasi miflər kimi göstərilən nümunələr bunlardır: Açıq tale, Sivilizasiyaların toqquşması, və Milli mif
Həmçinin bax Georges Sorel Kommunist simvolizmi Sivil din Mənşə mifi Habsburq mifi Milli simvol Nəcib yalan Sekulyar və ya Dünyəvi din Siyasi din Siyasi simvolizm Sosialist üslublu rəmzlər
İstinadlar
Ədəbiyyat Arvidsson, Stefan (2017). Style and mythology of socialism: socialist idealism, 1871-1914. Routledge Bottici, Chiara (2007). A philosophy of political myth. Cambridge: Cambridge University Press Keum, Tae-Yeoun (2020). Plato and the Mythic Tradition in Political Thought. Harvard University Press
Kateqoriya:Kütləvi mədəniyyət Kateqoriya:Siyasət Kateqoriya:Miflər Kateqoriya:İdeologiyalar Kateqoriya:Narratologiya