Vilyam Yarnel Slaks () —Amerikalı hüquqşünas, siyasətçi və hərbi zabit.

Amerika Vətəndaş Müharibəsi zamanı Amerika Konfederativ Dövlətləri üçün döyüşmüşdür. Kentukki ştatında anadan olan Slaks uşaq ikən Missuriyə köçdü və daha sonra hüquq peşəsini seçdi. 1842–1843-cü illərdə Missuri Baş Assambleyasında xidmət etdikdən sonra o, 1846-cı ildən başlayaraq Amerika–Meksika müharibəsi zamanı on dörd ay ərzində Birləşmiş Ştatlar Ordusunda kapitan kimi vuruşdu. O, həmçinin Embudo keçidi döyüşündə və Pueblo de Taosun mühasirəsində də iştirak etmişdi. Hüquq karyerasına qayıdan Slaks öz bölgəsində nüfuz qazandı.

Mənbə

İstinadlar

Xarici keçidlər