"Tuzla limanı" () — Ukraynanın cənubunda milli park. Milli park Odessa vilayətinin Belqorod-Dnestr rayonu ərazisində yerləşir. 2010-cu ilin 1 yanvarında yaradılıb.Decree of the President of Ukraine No 1, 2010 Sahəsi — 27 865 hektardır.
Ümumi məlumat Milli parkın ərazisinə Tuzla limanının gölləri, Qara dəniz sahilində mövcud olan kosa (dil), hansı ki, bu kosa Qara dənizi Tuzla limanından ayırır, Solyonoe gölünə tökülən Alkaliya və Xadjider gölünə tökülən Xadjider çaylarının aşağı axarları, eləcə də Lebedivka meşəsi daxildir.
Liman ərazisində suyun səviyyəsi və kimyəvi tərkibi bir çox faktorlardan asılı olaraq dəyişir: illik axım, atmosfer yağıntıları, buxarlanma, dəniz suyunun daxil olması, yeraltı sular və s.
Milli parkın yerləşdiyi ərazinin iqlimi mülayim kontinentaldır, yayı isti, qışı isə yumşaq və az qarlı keçir. Orta illik temperatur +8,1 və +11,8 °C arasında dəyişir.
Tuzla milli parkında, limanda və sahil akvatoriyasında 21 ailəyə daxil olan 58 balıq növünə rast gəlinir. İxtiofauna daha çox sahil zonalarında müxtəlifliyi ilə seçilir. Quruda 2 növ suda-quruda yaşayan və 5 növ sürünən növü qeydə alınıb. Quşlardan 8 növ Ukraynanın qırımızı kitabına düşüb. Milli park ərazisi step təbii zonasına daxil olduğuna görə daha çox step-çöl zonası üçün xarakterik olan bitkilər üstünlük təşkil edir. Ümumi bitki örtüyünün 80% -ni ot bitkiləri, 15% -ni ağaclar, 5% -ni isə kollar təşkil edir.
Milli park ərazisində onlarca irili-xırdal laqun mənşləli göl var. Onlardan ən böyükləri Alibey, Burnas və Şaqanıdır.
Xarici keçidlər
İstinadlar