Günəş — Azərbaycan Respublikasının Beyləqan rayonunun Örənqala qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Tarixi Mil düzündədir. Yaşayış məntəqəsini 1954-cü ildə Cəbrayıl r-nunun Sirik və Nüsüs kəndlərindən köçüb gəlmiş ailələr Komsomolun 50 illiyi adına üzümçülük sovxozunun Örənqala şöbəsinin malikanəsi yanında salmışdılar. 1965-ci ildə qəsəbəyə rəmzi olaraq Günəş adı verilmiĢdirAzərbaycan toponimlərinin ensiklopedik lüğəti. iki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.306 .
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı
Kateqoriya:Beyləqan rayonunun qəsəbələri