Rəfail (Rafael) Xalid oğlu Mirzəyev () — Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini (2006-cı ildən), general-leytenant (2006).

Həyatı Rəfail (Rafael) Xalid oğlu Mirzəyev 19 fevral 1959-cu ildə Gürcüstan SSR Marneuli rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.

Rəfail Mirzəyev Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışmışdır. 3 may 2006-cı ildə bu vəzifədən azad edilərək Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini təyin edilmişdir. 31 oktyabr 2007-ci ildən Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun üzvü olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə Rəfail Mirzəyevə 17 yanvar 2002-ci ildə gömrük xidməti general-mayoru, 28 yanvar 2005-ci ildə gömrük xidməti general-leytenantı ali xüsusi rütbələri, 3 may 2006-də isə general-leytenant ali hərbi rütbəsi verilmişdir.

Ailəlidir, 3 övladı var.

Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 15 dekabr 2025 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 15 dekabr 2017 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 14 dekabr 2013 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 15 dekabr 2009 Azərbaycan Respublikasının fəxri fərmanı — 5 avqust 1991

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikasının nazir müavinləri