Pertexnetat turşusu (HTcO4) — texnesium(VII) oksidin (Tc2O7) su və ya nitrat turşusu, konsentratlaşdırılmış sulfat turşusu və ya Kral suyu kimi güclü oksidləşdirici turşularla reaksiyaya girməsi nəticəsində yaranan texnesiumun birləşməsidir. Pertexnetat turşusu, tünd qırmızı rəngli güclü turşudur, pKa-sı 0.32 dir, ona görə də sulu məhlulunda demək olar ki, pertexnetat ionu kimi mövcuddur. Məhluldakı qırmızı rəngin polioksometallatın əmələ gəlməsi ilə əlaqədar olduğu düşünülür..

Kifayət qədər güclü turşu məhlulunun, məsələn, konsentratlaşdırılmış sulfat turşusunun istifadəsi protonlanmış formanı yarada bilər ki, bu da daha sonra oktahedral TcO3(OH) (H2O)2dihidrat kompleksi kimi mövcud olur.

İstinadlar

Kateqoriya:Pertexnetatlar