İraqda İslami Müqavimət (İİM) () — İraqda İran tərəfindən dəstəklənən şiə islamçı təşkilatların qeyri-rəsmi şəbəkəsini ifadə edir. Bu ad şəbəkə üzvləri tərəfindən regiondakı Amerika qüvvələrinə və ya onların müttəfiqlərinə qarşı hücumlar həyata keçirərkən istifadə olunur. İİM İraq hökumətinin rəsmi mövqeyini təmsil etmir və İraq Silahlı Qüvvələrinin rəsmi komandanlıq strukturundan kənarda fəaliyyət göstərən silahlı qruplaşmalardan (milis qüvvələrindən) ibarətdir. Müqavimət Oxunun bir hissəsidir.

İstinadlar

Kateqoriya:İraq Kateqoriya:İraq milliyətçiliyi Kateqoriya:Şiəlik Kateqoriya:İslamçı üsyançı qruplar Kateqoriya:Şiə islamçı qruplar