Bıçaqlar çəkildi: Sirli macəra () — Rian Conson tərəfindən süjet xətti yazılmış və rejissorluğu edilmiş və Conson və Ram Berqmanın prodüseri olduğu 2022-ci il istehsalı olan Amerika müəmma filmidir. 2019-cu ildə çəkilmiş olan "Bıçaqlar çəkildi" filminin davamı olan filmdə Daniel Kreyq texnoloji milyarderi olan Miles Bron (Edvard Norton tərəfindən canlandırılmışdır) və Bronun ən yaxın dostları ətrafında baş verən yeni bir işi həll etməyə çalışarkən usta detektiv Benoit Blank rolunu canlandırmışdır. Digər rolları isə Janelle Monae, Ketrin Hahn, Leslie Odom Jr., Cessika Henvik, Medelin Klayn, Keyt Hadson və Deyv Botista canlandırmışdırlar.
Hələ Bıçaqlar çəkildi filmi yayımlanmamışdan əvvəl Conson davam filminin mümkünlüyündən danışmışdı. 2020-ci ildə isə onun yeni bir süjet xətti üzərində işlədiyi və Kreyqin rolunu yenidən canlandıracağı xəbəri təsdiqlənmişdir. 2021-ci ilin mart ayında isə keçirilmiş olan hərracda Netflix şirkəti, Bıçaqlar çəkildi filminə məxsus olan iki davam filminin hüquqlarını 469 milyon dollara satın almışdır.
Süjet xətti
2020-ci ilin may ayında Karantində olan qubernatora, alimə, keçmiş modelə və yayımçıya, müştərək dostları, texnoloji milyarderi olan Maylz Brondan onun şəxsi Yunan adasındakı malikanəyə baş çəkmək və əyləncə gecəsinin sahibinin “qətl” sirli oyununda iştirak etmək üçün dəvətnamələri olan tapmaca qutuları gəlir. Oxşar bir paketi avaralıqdan əziyyət çəkən xüsusi detektiv olan Benua Blan da alır və dəvəti həvəslə qəbul edir. Yunanıstana gələn rəngarəng dəstə Maylzın keçmiş iş şəriki, məhkəmədə şirkəti mühakimə etdiyi Endi Bredin gəlişinə təəccüblənir və çox da sevinmir. Əyləncə gecənin gedişində əsl qətl baş verəndə gərginlik artır.
Aktyorlar
Daniel Craig - Detektiv Benoit Blanc Dave Bautista Edward Norton Janelle Monáe Kathryn Hahn Leslie Odom Jr. Kate Hudson Madelyn Cline Jessica Henwick Ethan Hawke
İstehsalı
Çəkilişlər
Filmin çəkilişlərinə 28 iyun 2021-ci ildə Yunanıstanın Spetses adasından başlanılmışdır. Conson Porto Helidə yerləşən Aman Resortsa məxsus olan Villa 20-ni kəşf etdikdən sonra onu əsas çəkiliş yeri kimi istifadə etmək qərarına gəlmişdir. Bundan əlavə, Consonun "bir film çəkdiyimiz zaman keçirdiyimiz yay tətili" kimi təsvir etdiyi filmin çəkilişlərinin çox hissəsində filmin aktyor heyəti öz ailələri ilə bərabər çəkiliş məkanında iştirak etmişdirlər. Filmdəki daxili məkanlar Belqradda çəkilmiş və Nyu York səhnələrinin çəkilişlərinə davam etmək üçün film heyəti iyul ayının 30-da Yunanıstanı tərk etmiş və 13 sentyabr 2021-ci ildə isə filmin çəkilişləri rəsmi olaraq başa çatdırılmışdır.
İstinadlar
Kateqoriya:2022-ci ilin filmləri Kateqoriya:2022-ci ilin ABŞ filmləri Kateqoriya:2020-ci illərin ABŞ filmləri Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:Netflix orijinal filmləri Kateqoriya:Müəmmalı qətl filmləri Kateqoriya:Manhetten haqqında filmlər Kateqoriya:Yunanıstan haqqında filmlər Kateqoriya:ABŞ-nin detektiv filmləri Kateqoriya:İngilis dilində müəmma triller filmləri Kateqoriya:ABŞ-nin cinayət triller filmləri Kateqoriya:Sputnik mükafatı qazanmış filmlər Kateqoriya:ABŞ-nin qara yumor filmləri Kateqoriya:İngiliscə qara yumor filmləri Kateqoriya:İngiliscə komediya triller filmləri Kateqoriya:İngiliscə kriminal triller filmləri Kateqoriya:Mona Liza Kateqoriya:İngilis dilində cinayət komediya filmləri Kateqoriya:ABŞ-nin cinayət komediya filmləri Kateqoriya:Yazıçılar haqqında filmlər Kateqoriya:2020-ci illərin ingilis dilli filmləri Kateqoriya:ABŞ-nin real olmayan hekayə filmləri Kateqoriya:ABŞ-nin komediya triller filmləri Kateqoriya:Triller dram filmləri