Telford Kolleci — İngiltərənin Şropşir əyalətinin Telford şəhərində kollec.

Tarixi Kollec 1892-ci ildə Çarlz Uoker tərəfindən İncəsənət və Elm Dərsləri Mərkəzi olaraq təsis edilib və əvvəlcə Oakengates, Şropşirdə yerləşirdi.

1926-cı ildə Hartsbridg Roadda tikilmiş yeni bir binaya köçdü və Ualker Texniki Kolleci adı aldı.

1 yanvar 1983-cü ildə kollec Telford İncəsənət və Texnologiya Kolleci adlandırıldı.

2006-cı ildə Telford İncəsənət və Texnologiya Kolleci OFSTED Yoxlama reytinqində yüksək yer tutdu.https://web.archive.org/web/20090704074220/http://www.tcat.ac.uk/pdf/OFSTED2006.pdf

2008-ci ildə kollecə Kraliça Elizabet tərəfindən Yubiley Mükafatı təqdim olundu.

2013-cü ilin may ayında Discovery və Oakdene Mərkəzləri açıldı.

2014-cü ilin sentyabrında Avtomobil Mühəndisliyi Mərkəzi açıldı.

17 oktyabr 2015-ci ildə ehtiyacı və əlilliyi olan tələbələrə dəstək üçün 1,8 milyon funt sterlinq dəyərində yeni Söyüd Ağacı Mərkəzi rəsmi olaraq açıldı.

2017-ci ildə Telford İncəsənət və Texnologiya Kolleci Telford Yeni kolleclə birləşdi və Telford Kolleci yarandı.

Tələbələri thumb|left|600px|Telford İncəsənət və Texnologiya Kollecinin kampusu

Kollecin 16.000-dən çox tələbəsi var. Hazırda tələbələr arasında məktəbi bitirənlər, təhsildə ikinci şans əldə edən şəxslər, çoxmillətli şirkətlərin işçiləri və xarici tələbələr var.

Kursları Kollec Milli Peşəkar ixtisas (MPİ), Kommersiya təhsili, Sifarişli proqramlar da daxil olmaqla geniş çeşidli peşə kursları təklif edir. İstinadlar

Xarici keçidlər Telford College website Telford College Superdome sports Website Telford College Activ8 young persons 14-16yrs Website Orange Tree at Telford College restaurant website

Kateqoriya:Kolleclər Kateqoriya:Birləşmiş Krallıq kollecləri