Sinan Çətin (; ) — Türkiyə kinorejissoru, aktyoru və prodüseri. O, azərbaycanəsillidir. 12–ci Dəkkə Beynəlxalq Film Festivalında ən yaxşı rejissor mükafatını qazanmışdır.
Həyatı Sinan Çətin 1 mart 1953-cü ildə Türkiyənin Van şəhərində, gömrük məmurunun ailəsində anadan olmuşdur. O, ailənin səkkiz övladından biridir. Ana tərəfdən azərbaycanəsilli, ata tərəfdən gürcüəsillidir. İbtidai təhsilini Aşqala rayonunda almışdır. Hacettepe Universitetinin Ədəbiyyat fakültəsində sənət tarixi üzrə təhsil almışdır.
Karyerası Sinan Çətin tammetrajlı filmlər və teleseriallar, əsas isə reklamlar çəkmişdir. O, 1999-cu ildə İkinci Dünya müharibəsindən sonra Türkiyənin şərqi hissəsi haqqında tənqidi rəğbət qazanmış libertarian komediya filmi olan "Propaqanda" filmi ilə ingilisdilli dünyada tanınır. Çətin bir çox filmlərdə olduğu kimi bu filmin də həm rejissorluğunu, həm də prodüserliyini etmişdir. Onun 1993-cü ildə çəkdiyi "Berlində Berlin" filmi 18-ci Moskva Beynəlxalq Film Festivalına daxil olmuşdur.
Sinan Çətin 2000-ci illərin əvvəllərində Karl Popper, Ayn Rand, Milton Fridman, Robert Makki və Artur Kostler kimi müəlliflərin əsərlərinin türkcə tərcümələrini nəşr etmişdir. Nəşriyyat 50-yə yaxın kitab nəşr etdikdən sonra fəaliyyətini dayandırmışdır.
Filmoqrafiyası Film və teleseriallarİlBaşlıqFəaliyyətiQeydlərRejissorProdüserAktyor 1975 Hanzo 1980 Bir Günün Hikayesi 1982 Çiçek Abbas 1982 Çirkinler de Sever 1985 14 nömrə 1986 Gökyüzü 1986 Prenses 1993 Berlində Berlin 1995 Cənab E 1999 Propaganda 2001 Komser Şekspir 2002 Mumya Firarda 2004 Okul 2005 Pardon 2005 Şans Kapıyı Kırınca 2006 Türkiye'nin Hatıra Defteri 2007 Romantik 2008 Çocuk 2008 Plajda 2011 Kağıt 2012 Çanakkale Çocukları 2018 Amerikalı Kız
Qısametrajı filmlər
1977: Baskın 1977: Halı Türküsü 2008: Mutlu Ol Bu Bir Emirdir
Rejissor olduğu televerilişlər
1999–2003: Film Gibi
Prodüser olduğu televerilişlər
2004–2009: Avrupa Yakası 2006: Sahte Prenses 2008–2009: Mert ile Gert 2010–2011: Cümbür Cemaat Aile 2007–2011: Komedi Dükkanı 2011: Gecekondu
Mükafatları +İlNamizədlikMükafatNəticə1985Ən yaxşı rejissor mükafatı1985 Antalya Qızıl Portağal Film Festivalı1993Xalq vəkili mükafatıManheym Beynəlxalq Film Festivalı2005Ən yaxşı serial mükafatıI Bəyaz İnci Telemükafatı
İstinadlar
Xarici keçidlər
Her 10 yılda bir başka Sinan Çetin, Asu Maro, 23 January 2008, Milliyet (in Turkish) Biyografi.info - Biography of Sinan Çetin (in Turkish)
Kateqoriya:Türkiyə kinorejissorları Kateqoriya:Türkiyəli keçmiş müsəlmanlar Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Türkiyə ateistləri