Manə Mollayeva () – azərbaycanlı peşəkar qadın futbolçu. Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Neftçi"nin və Azərbaycanın qadınlardan ibarət a milli yığmasının müdafiəçisi.

İlk illəri Futbolla 12 yaşından etibarən məşğul olur. Ailə həyatı qurub.

Manə Mollayeva "Zaqatala" klubu ilə, U13 liqasında 48 qol ataraq, bombardir olub. 2015–2016-cı ildə "Qəbələ" klubunda çıxış edib.

Peşəkar Karyerası 2018-ci ildə "Kubanoçka" klubunda forma geyinirdi. O, Rusiya Premyer Liqasında debüt matçını 8 avqust 2017-ci ildə Ryazan-VDV klubuna qarşı keçirib. O, ilk iki mövsümdə yüksək liqada cəmi 19 oyun keçirib.

Manə Mollayeva birinci liqada "Kubanoçka"nın gənclərdən ibarət komandasında da çıxış edib və 2018-ci ildə 14 turda 4 sarı və 1 qırmızı vərəqə ilə əsas liqanın ən kobud oyunçusu oldu.

Mollayeva zədə səbəbindən 2019-cu ilin ilk yarısında çıxış etmədi. İkinci yarısında isə "Ryazan VDV" klubu ilə müqavilə bağladı. Daha sonra, futbola ara vermək qərarı aldı. Manə, klubda 16 oyunda 2 qolla yadda qaldı.

2021-ci ilin 30 noyabr tarixində, "Monteneqro" ya qarşı Dünya çempionatının seçmə mərhələsində, 23-cü dəqiqədə sarı vərəqə aldı. Ondan 1 dəqiqə sonra isə, məhsuldar ötürmə ilə, Azərbaycanın qələbə qazanmasına vasitəçi oldu.

2023-cü ildən "Neftçi" klubunda çıxış edir. Çıxış etdiyi ilk sezon Azərbaycan çempionu oldu.https://arena.az/affa-yuks%C9%99k-qizlar-liqasinda-movsum%C9%99-yekun-vuruldu/ 2024/2025 sezonunda, 2025/2026 sezonda da çempionluq əldə etdi.

Milli karyerası Azərbaycanın gənclər və gənclərdən ibarət milli komandalarında çıxış edib. O, 2021-ci il Avropa çempionatının seçmə turnirində, 2019-cu ilin payızında rəsmi oyunlarda milli komandada debüt edib.

Oyunların xronologiyası Tarix Hadisə Dəqiqə Rəqib Yekun Hesab 31.10.2023 Qol 59 Monteneqro3–0 27.10.2023 Qol 50 Farer adaları 2–1 23.02.2023 Qol 78 BƏƏ2–0 30.11.2021 Asist 24 Monteneqro1–0ÜmumiQol:3/Asist:1

Uğurları Neftçi FK frameless|16x16px Azərbaycan Yüksək Qızlar Liqası: Çempion (3): (2023/2024,2024/2025, 2025/2026)

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın futbolçuları Kateqoriya:Neftçi PFK (qadın) futbolçuları Kateqoriya:Azərbaycanın qadınlardan ibarət milli futbol komandası futbolçuları