right|thumb|Böyük Hələb Məscidinin minarəsi 2011-ci ildə (dağıdılmamışdan əvvəl)

Böyük Hələb Məscidi (; Rom: Jami' Halab al-Kabīr) və ya Hələb Əməvi məscidi Suriyanın şimalında yerləşən, Hələb şəhərindəki ən böyük və ən qədim məscidlərdən biridir. Ümumdünya İrs siyahısına daxil olan Qədim Hələb şəhərinin əl-Callum ərazisind, Əl-Mədinə Suk (bazar) girişinin yaxınlığında yerləşir. Məscidin daxilində Yəhyanın atası olan Zəkəriyyənin qəbri yerləşir.The Great Mosque of Aleppo Muslim Heritage.The Great Mosque (The Umayyad Mosque) Syria Gate. Məscid VIII əsrin əvvəllərində tikilmiş olsa da, məscidin müasir binası XIV əsrdə tikilmişdir. Məscidin minarəsi 1090-cı ildə tikilmiş,ed. Mitchell, 1978, s. 231. 2013-cü ilin aprel ayında isə Suriya vətəndaş müharibəsi zamanı minarənin daxilinə yerləşdirilmiş olan sursat və ya hər hansısa bir tank topundan çıxan mərminin partlaması nəticəsində dağılmışdır. 2017-ci ildən isə minarədə bərpa işləri davam etdirilir.

Qalereya

İstinadlar Kateqoriya:VIII əsr məscidləri Kateqoriya:Dağıdılmış məscidlər Kateqoriya:İslam