Antonio Labriola () — ilk italyan marksisti, filosof, publisist, sosialist hərəkatı xadimi. 1874-cü ildən Roma universitetinin professoru idi. 90-cı illərin əvvəlində burjua demokratizmi və Hegel idealizmi ilə əlaqəni kəsərək marksizm mövqeyinə keçmişdi. 1890-cı ildən Fridrix Engelslə yazışırdı. İtaliya Sosialist Partiyasının yaradılmasına (1892) kömək göstərmiş, lakin onun fəaliyyətində iştirak etməmişdir. Labriolanın əsərlərində tarixi inkişafın həlledici amili, siniflər və sinfi mübarizə, xalq kütlələrinin və şəxsiyyətin tarixdə rolu, dövlət, inqilab və s. problemlər tədqiq olunmuşdur.
1870–1874-cü illərdə "Gazzetta di Napoli", "Il Piccolo", "L‘Unita Nazionale" və "Monitore di Bologna" kimi siyasi jurnallar üçün məqalələr yazmışdır.
Antonio ictimai inkişafın əsl hərəkətverici qüvvələrini açıb göstərməyi tarixi materializm anlayışının başlıca vəzifəsi sayırdı. Sosialist hərəkatı ilə marksizm nəzəriyyəsinin əlaqəsinin zəruriliyi fikrini inkişaf etdirmişdir. "Kommunist Partiyasının Manifestini" ictimai elmdə çevriliş kimi qiymətləndirmişdir. Labriolanın proletariat diktaturası haqqında təlimi, proletar partiyasının fəhlə sinfi və onun müttəfiqləri ilə qarşılıqlı əlaqəsinin əhəmiyyətini, milli məsələni düzgün başa düşməmişdi. Labriolanın ideya irsi İtaliyada marksist fikrin sonrakı inkişafına böyük təsir göstərmişdir.
İstinadlar
Kateqoriya:XX əsr filosofları Kateqoriya:XIX əsr filosofları Kateqoriya:İtaliya filosofları