Luçan BurdujanTez-tez yanlış olaraq Luçian da yazılır (; 18 fevral 1984, Pyatra-Nyamts, Rumıniya) — Rumıniya futbolçusu, Ukraynanın Tavriya klubunun hücumçusu.

Həyatı 18 fevral 1985-ci ildə anadan olub.

Karyera Peşəkar karyerasını Çaxlaulda başlayan rumıniyalı 17 yaşında peyda olduğu klubda 2 mövsüm keçirir. 2002/2003 və 2003/2004 mövsümlərində 43 oyuna 8 qol vuran yeniyetmə Rumıniya gənclər yığmasına dəvət alır. Bu komandada 13 görüşə 1 qol vuran istedadı Rumıniyanın aparıcı komandalarından olan Rapid Buxarest sıralarına qatır. 2004-2008-ci illərdə bu komanda ilə iki ölkə kuboku, iki Superkubok və çempionatın bürünc medalını qazanan Burduyan 91 oyuna 2-si avrokuboklarda olmaqla, 22 qol vurur.

2008-ci ilin yayında Vasluy klubuna keçən hücumçunun yeni komandasında debütü Bakıda rəsmiləşir. UEFA İntertoto Kubokunun Neftçi Bakı ilə ilk matçında 70 dəqiqə meydanda olan futbolçu cavab qarşılaşmasının 30-cu dəqiqəsində bakılıların müqavimətini qıran qolun müəllifi olur. Ümumilikdə, o Vasluyda 54 matçda 10 dəfə fərqlənib.

İstinadlar

Mənbə Əkbər Hacıyev "Neftçi" klubuna 830 min avroluq futbolçu gətirir

Həmçinin bax

Kateqoriya:Rumıniya futbolçuları Kateqoriya:Rumıniyanın kişi futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Legioner Rumıniya futbolçuları Kateqoriya:BƏƏ Pro Liqası futbolçuları Kateqoriya:Rumıniya Liqa 1 futbolçuları Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Styaua Buxarest FK futbolçuları Kateqoriya:Tavriya Simferopol İK futbolçuları Kateqoriya:Çernomorets Odessa FK futbolçuları Kateqoriya:Futbol hücumçuları