Bakı Şəhər Dumasına seçkilər — -ci il tarixində Bakı Şəhər Dumasına keçirilən seçkilər. Bakı Rusiyada 1917-ci ildə yerli duma seçkiləri keçirilən sonuncu böyük şəhər olub. Səsvermə Oktyabr inqilabı başlayandan sonra keçirilib.
Zəmin 1915-ci il aprelin 28-də Bakı Şəhər Duması yeni dumaya seçkiləri müharibənin sonuna qədər təxirə salmaq qərarına gəldi. Qərar 16 yanvar 1916-cı ildə təsdiq edildi. Lakin 1917-ci il Fevral inqilabı zamanı çar hakimiyyətinin devrilməsi ilə yerli seçkilər məsələsi yenidən gündəmə gəldi. Müvəqqəti hökumət ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə şəhər dumalarına seçkilərin keçirilməsi üçün qərar qəbul etdi.
Lakin Bakıda şəhər dumasına seçkilərin keçirilməsi uzun müddət ləngidi. 1917-ci ilin sentyabrında Xüsusi Zaqafqaziya Komitəsi (OZAKOM) şəhər dumasına təcili seçkilərin keçirilməsi tələblərini qəbul etdi. Ancaq şəhərin sərhədləri dəyişmədi və sənaye məhəllələri şəhərdən kənarda qaldı. Bakı neft mədənlərinin şəhərin tərkibinə birləşdirilməsi məsələsi seçkiqabağı əsas məsələlərdən biri idi. Hazırkı şəhər hökuməti, müsəlman partiyaları və Kadetlər birləşməyə qarşı çıxdılar. Müsəlman partiyaları neft yataqlarının ətraf kəndlərlə daha sıx əlaqədə olduğunu iddia edirdilər. Bakı Soveti birləşməyə çağırış edirdi, bolşeviklər isə neft yataqlarının birləşdirilməsi üçün fəal kampaniya aparırdı.
Namizədlər thumb|Xalq Azadlığı Partiyasının seçki propoqandası thumb|Xalq Azadlığı Partiyasının 1-ci siyahısının Kaspi qəzetindəki elanı|left Eserlər və menşeviklər 1917-ci ilin iyulundan sonra "inqilabi müdafiəçilik" prinsipi ətrafında güclü ittifaq yaratdılar və şəhər dumasına seçkilər üçün birgə siyahı yaratdılar. Erməni İnqilabi Federasiyası ("Daşnaklar") isə ittifaqdan çıxarıldı.
7-ci siyahı thumb|Birləşmiş Yəhudi Seçki Komitəsinin 7-ci siyahısının Kaspi qəzetindəki elanı Birləşmiş Yəhudi Seçki Komitəsinin siyahısıdır.
10-cu siyahı thumb|Yedinstvo təşkilatının 10-cu siyahısının Kaspi qəzetindəki elanı Yedinstvo təşkilatının siyahısıdır.
12-ci siyahı thumb|Bakı Müsəlman İctimai Təşkilatlar Komitəsinin (Müsavat Partiyası ilə ortaq) 12-ci siyahısının Kaspi qəzetindəki elanı Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi İcraiyyə Komitəsi 1917-ci il avqustun 29-da Kornilov əksinqilabi qiyamını qətiyyətlə pisləyərək, Müvəqqəti hökuməti tam müdafiə etdiyini bildirdi. Müsavat Partiyasının 1917-ci ilin oktyabrında keçirilən birinci qurultayı Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli hadisə oldu. Müsəlman Milli Komitəsinin sədri Əlimərdan bəy Topçubaşov qurultaydakı çıxışında bəyan etdi ki, Milli Komitənin arzu və məqsədləri Müsavatın arzu və məqsədləri ilə tamamilə uyğun gəlir.
Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi ilə Müsavat Partiyasının proqramları üst-üstə düşdüyündən onlar 1917-ci ilin oktyabrında Bakı Şəhər Dumasına seçkilərə vahid siyahı ilə gedirdilər.
Seçki nəticələri 1 noyabr 1917-ci il tarixdə Kaspi qəzetində dərc olunmuş nəticələr:Kaspi qəzetinin 1 noyabr 1917-ci il tarixli nüsxəsi . s. 3–4 SiyahıSəslərin sayı%MandatSiyahı 4 — Sosialist bloku (Eserlər, Menşeviklər)17,51924.10%25Siyahı 2 — Daşnaksütyun12,33116.97%17Siyahı 5 — Bolşeviklər11,19515.40%16Siyahı 12 — Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi 10,23414.08%14Siyahı 9 — "Rusiyada Müsəlmanlıq"8,01511.03%11Siyahı 1 — Xalq Azadlığı Partiyası (Kadetlər)4,1725.74%5 və 6Siyahı 10 — Yedinstvo2,5813.55%3Siyahı 11 — Erməni Milli Demokratları2,3573.24%3Siyahı 7 — Birləşmiş Yəhudi Seçki Komitəsi2,2083.04%3Siyahı 8 — Qafqaz Rus Demokratik Cəmiyyəti1,6472.27%2Siyahı 3 — Dövlət işçiləri2370.33%0Siyahı 6 — Yəhudi sosialistləri1850.25%0Ümumi72,681
Vilyam Rozenberq tərəfindən təqdim olunan bir qədər fərqli nəticələr: SiyahıBakı Xalq SəsverməsiQarnizon səsverməsiMandatSəslərSəslərin faiziSəslərSəslərin faiziSosialist bloku (Eserlər, Menşeviklər)17,52324.06%2778.96%25Daşnaksütyun12,33216.93%722.33%18Bolşeviklər11,20215.38%2,67586.49%16Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi 10,28514.12%30.10%15Müsəlman ruhaniləri (Rusiyada müsəlmanlıq)8,06311.07%00%12Kadetlər4,1735.73%250.81%6Trudoviklər və Yedinstvo2,5813.54%60.19%4Erməni demokratlar2,3583.24%20.06%4Yəhudi partiyaları2,4193.32%260.84%3Muhafizəkar ruslar1,6471.16%20.06%2Dövlət işçiləri2450.34%50.16%0Ümumi72,8283,093105
Rozenberq (1969) Bakı Şəhər Dumasına seçkilərin nəticəsi üçün iki mənbədən istifadə edir: "Baku" qəzeti (1 noyabr 1917-ci il) və "Revolyutsiya 1917 goda v Azerbaydzhane: khronika sobytiy" (Bakı, 1927). O, iki mənbənin təqdim etdiyi nəticələr arasında kiçik uyğunsuzluqları qeyd edir. "Kaspi" qəzetinin 1 dekabr 1917-ci il tarixli sayında seçkinin nəticələrinin Rozenberqinkinə oxşar hesabatı təqdim olunmuşdu.
Seçilənlərin etnik mənsubiyyəti Ermənilər38Müsəlmanlar31Ruslar19Yəhudilər12Polyaklar3Gürcülər2Mənbə:
Dumada koalisiyanın təşkili Seçkidən sonra müxtəlif siyasi partiyalar şəhər hökumətini formalaşdırmaq barədə fikir ayrılığına düşdülər. Menşeviklər bütün inqilabi və demokratik qüvvələrin daxil olduğu bir hökumət yaratmağa çağırırdılar. Eserlər Bakı Şəhər Duması ilə Bakı Soveti arasında koalisiya yaradılmasının tərəfdarı idilər. Erməni İnqilabi Federasiyası, Müsavat və İttihad Bakı Şəhər Dumasının, Bakı Sovetinin, milli şuraların və digər demokratik təşkilatların koalisiyasını nəzərdə tuturdular. Kadetlər, Yedinstvo və mövcud Bakı Şəhər İdarəsi şəhər dumasının müstəsna səlahiyyətdə olmasını dəstəkləyirdilər. 1917-ci il dekabrın 15-də yığıncaq keçirildi və ilk bölünmüş səsvermədən və bir sıra danışıqlardan sonra menşeviklər şəhər dumasının, Bakı Sovetinin, Kəndlilər İttifaqının, milli şuraların və başqalarının koalisiyasının yaradılması haqqında qətnaməni dəstəkləməyə başladılar. Böyük koalisiya təklifi 47 səs, duma-sovet koalisiyası təklifi isə 24 səs topladı. Koalisiya hökuməti bolşeviklərdən başqa bütün partiyaların dəstəyi ilə quruldu. Koalisiya hökumətinin 9 üzvü var idi. Onlardan 3-ü sovetlərdən (fəhlə, kəndli, əsgər), 3-ü milli təşkilatlardan (müsəlman, erməni, rus) və 3-ü şəhər duması və onun idarə heyətindən ibarət idi.
Qeydlər
İstinadlar
Kateqoriya:XX əsrdə Bakı Kateqoriya:Bakı Şəhər Duması Kateqoriya:1917-ci ildə seçkilər