Stortinq (; ) — Norveçin birpalatalı parlamentidirStortingsrepresentant ulovlig pågrepet , Norwegian News Agency, Dagens Næringsliv, 18 August 2016. 4 il müddətinə seçilən 169 deputatdan (Stortinq nümayəndəsi) ibarətdir. 1814-cü ildə qəbul edilmiş olan konstitusiyaya əsasən parlament fəaliyyət göstərir. Əvvəllər Stortinq iki palatadan — Odelstinq və Laqtinqdən ibarət idiScandinavian Politics Today , David Arter, Manchester University Press, 1999, page 31. Lakin 2007-ci ildə qəbul edilmiş olan qərara əsasən, 2009-cu ildəki növbəti seçkilərdən sonra, Norveç parlamenti birpalatalı olmuşdurA Europe of Rights: The Impact of the ECHR on National Legal Systems , Helen Keller, Alec Stone Sweet, Oxford University Press, 2008, page 210.
Səlahiyyətləri
Stortinqin əsas vəzifələri bunlardan ibarətdir:
Qanunların nəşr edilməsi Büdcənin qəbul edilməsi Dövlət işlərinə nəzarət etmək
Deputatların statusu
Hər bir deputat səlahiyyət müddəti ərzində şəxsi toxunulmazlıq hüququna malikdir. 2002-ci ildəki məlumata əsasən bir Stortinq üzvünün illik maaşı təxminən 70 min avro olmuşdur. Deputatların könüllü olaraq mandatlarından imtina etmək hüquqları yoxdur. İstisna bir hal olaraq yalnız hər hansısa bir millət vəkili nazir postuna təyin edildiyi halda mandatından məhrum edilir. İstənilən bir vətəndaş Stortinqdə baş verən müzakirənin gedişini xüsusi qalereyada izləyə bilər və eyni zamanda da müzakirənin “əleyhinə” səs verən deputat müvafiq düyməni sıxmaqla bərabər, həm də baş verənlərlə razılaşmadığını nümayiş etdirmək üçün yerindən qalxaraq zalı tərk edə də bilərСычёва Лидия Андреевна Уроки Норвегии .
İstinadlar Kateqoriya:Birpalatalı qanunverici orqanlar Kateqoriya:Milli qanunvericilik orqanları Kateqoriya:Ölkələrinə görə parlamentlər