"Summertime Sadness" — ABŞ müğənni-mahnı yazarı Lana Del Reyin 2012 tarixli "Born to Die" adlı ikinci studiya albomundan bir mahnı.

Tənqidi rəylər "Billboard" jurnalının albomun treklərini tək-tək dərindən şərh etdiyi tənqidi rəyində Endryu Hempp parça üçün "Summertime Sadness-da Del Reyi qaranlıq və depressiv atmosferinin sözlərlə birlikdə çox dərinə endiyini" yazdı. "Los Angeles Times" qəzeti isə mahnının "Video Games" və "Dark Paradise" ilə eyni harmoniyada olduğunu və albomun ən yaxşı parçalarından biri olduğunu qeyd etdi.

Videoklip upright=0.68|thumb|upright|left|Klipdə Lana Del Reyin dostu rolunu Ceym Kinq canlandırarkən, Ceymin həyatı yoldaşı Kayl Nyuman klipin rejissorluğunu etdi. Mahnının videoklipi 2012-ci ilin aprelində Santa-Klarita, Kaliforniyada çəkildi. Rejissorluğunu Kayl Nyuman və Spenser Susser üstləndi. Nyumanın həyat yoldaşı Ceym Kinq Del Reyi müşayiət etdi. Videoklip iki qadının hekayəsindən bəhs edir və onlar intihar edir. Kinq videokliplə əlaqəli "sevdiyin biri olmadan yaşamağın mənası olmadığını, dost ya da sevgili olsun, fərq etmədiyini və bunun olmasını istədiyini" dedi. Aktyor Aleks Petifer isə klibin istehsalında kömək etdi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2010-cu illərin balladaları Kateqoriya:2011-ci ilin mahnıları Kateqoriya:2012-ci ilin sinqlları Kateqoriya:Lana Del Rey mahnıları