Milli Respublika Qvardiyası (GNR) () Portuqaliyanın mülki əhali üzərindəki ictimai təhlükəsizliyin təmin edilməsinə görə məsuliyyət daşıyan hərbi hüquq-mühafizə orqanıdır. 1801-ci ildə Regent şahzadə IV Juanın dövründə Lissabon Kral Mühafizəsi Polisi adı altında Fransa Jandarmı nümunə götürülərək yaradılmış olub, indiki adını isə 1910-cu ildə almışdır.
GNR əsasən kənd yerlərində olmaqla Portuqaliya ərazisinin 94%-də, profilaktik polis və yol patruluna cavabdehdir. Milli səviyyədə isə gömrük mühafizəsi, sahil mühafizəsi, təbiətin mühafizəsi, axtarış-xilasetmə əməliyyatları və mərasim mühafizəsi kimi fəaliyyət göstərir.
GNR üzvləri, mülki İctimai Təhlükəsizlik Polisi (PSP) üzvlərindən fərqli olaraq, hərbi qanunlara və təşkilatlara tabe olan hərbi qulluqçulardırlar. 2000-ci illərdən etibarən isə GNR İraq, Şərqi Timor və dünyanın digər regionlarındakı beynəlxalq əməliyyatlarda iştirak etmək üçün dəstələr göndərir.
Qaleriya
İstinadlar