İrena Juozo Lipien-Navitskaite (; ) — Litva və Sovet vitraj rəssamı. Özbəkistanın əməkdar artisti (1989). SSRİ Rəssamlar İttifaqının üzvü. Özbəkistan SSR Komsomol Mükafatı laureatı. Həyatı İrena Lipien 25 dekabr 1939-cu ildə Kaunas şəhərində anadan olub. O, ilk təhsilini doğma şəhərində alıb. İrena Lipien interyerlər üçün şüşə, metal və çilçıraqlardan 100-dən çox vitraj və həcmli kompozisiyalar yaradıb.

Lipien 1965-ci ildə Vilnüs İncəsənət İnstitutunu bitirib. Bundan sonra o, Vilnüsdə Tikinti Nazirliyinin layihə bürosunda işləyib.

1960-cı illərin əvvəllərindən Özbəkistana ezamiyyətə yola düşüb. Elə o, illərdən İrena Lipien bu Mərkəzi Asiya respublikasında xeyli müddət yaşayıb işləyib. 1966-1985-ci illərdə Daşkənddə yaşayıb. 1966-1974-cü illərdə A.Ostrovski adına Teatr və İncəsənət İnstitutunda dərs deyib. İrena Lipien “Rassom” incəsənət fabrikində (özbəkcə: “Rəssam”) çalışırdı. O, Daşkənd metrostansiyalarının bəzəyi üçün şüşə kompozisiyalar yaradıb. Onun işləri arasında Müstəqillik meydanı, Həmidə Alimjan və Puşkinskaya metro stansiyalarında olan şüşə dekorasiyalar və digəri var.

İrena Lipien Daşkənd teleqülləsindəki “Koinot” restoranının şərq zalında “Küləklərin çiçəkləri” (1984), Kokand Musiqili Dram Teatrında “Yanan” (1986), həmçinin “Küləklərin çiçəkləri” çilçıraqlarının müəllifidir. “Günəş” elmi tədqiqat kompleksinin inzibati binasında "Günəş”, “Ay” və “Planetlərin paradı” (1987) və bir çox başqa əsərlər onun yaradıcılığında mühüm yer tutub.

İrena Lipien 1985-ci ildə Vilnüsə qayıdıb. O, 1985-1995-ci illərdə Litva Rəssamlar İttifaqında işləyib.

İrena Lipien 7 sentyabr 2016-cı ildə vəfat edib.

Seçilmiş əsərləri 250px|thumb|right|"Günəş" elmi tədqiqat Kompleksini bəzəyən əsərlərdən biri Lipienenin əsərləri monumental sənət elementlərini orijinal dekorativ formalar, innovativ şüşə lif və işıq effektləri ilə birləşdirir. Onlar məkan kompozisiyasının və onların quraşdırıldığı memarlığın harmoniyası ilə xarakterizə olunur. O, həmçinin yağlı və pastel boyalarla, kömür və sanqviniklə rəsmlər çəkib. İrena Lipienin əsas işlərini aşağıdakı kimi qruplaşdırmaq olar: "Çiçəklər və yarpaqlar" vitraj kompozisiyaları (1975, Daşkənddəki qış bağında Özbəkistan hökumətinin iqamətgahı). “Ağ qıjı” vitraj pəncərəsi (1980, Vilnüsdəki Seym binası). Daşkənd metro stansiyalarının və televiziya qülləsinin layihələndirilməsi (1985). “Kəhrəba Simfoniyası” kompozisiyası (1982, Druskininkay fizioterapiya kurortu). Günəş pulsasiyası (1986, Panevejisdə "İstilik" restoranı). “Günəş” elmi tədqiqat kompleksinin layihələndirilməsi (1987-1989, Parkent). “Kosmos” kompozisiyası (1994, Vilnüsdə Litva Hava Yolları Administrasiyasının binası). Məkan vitraj yelkənləri, Şaquli (hər ikisi 2002, Alitusda İris Ticarət Mərkəzi). Vitraj "Qış Pəncərəsi" və "Yer-Göy İnterfeysi" (2007-2009).

Ailəsi Həyat yoldaşı - Yuozas Lipas. Qızı - Ruta Lipiene.

İstinadlar

Ədəbiyyat Гульсара Ибрагимовна Бабаджанова, «Ирена Липене: Наш современник», Издательство литературы и искусства имени Гафура Гуляма, Ташкент, 1980