Atbulaq — Azərbaycan Respublikasının Hacıqabul rayonunun Atbulaq kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Atbulaq oyk. Pirsaat çayının sahilində, düzənlikdədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Bəzi ədəbiyyatlarda Atabulaq variantında da işlənir. Əsl adı Atbulağıdır. Yaşayış məntəqəsinin ərazisi keçmişdə maldarlıqla məşğul olan elatların qışlaq yeri olmuşdur. Sonralar burada Mərəzədən köçmüş ailələr məskunlaşmışlar. Kənd öz adını vaxtilə heyvanları suvarmaq üçün burada qazılmış su quyusunun adından almışdır. Şirvan r-nun eyniadlı i.ə.v.də kənd və d.y. stansiyası. Adını ərazidəki eyniadlı bulaqdan almışdır. Mənbələrin verdiyi məlumata görə, XIX əsrdə mərzili adlı tayfa Atbulaq adlanan yerdə məskunlaşmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2021-ci ildə kəndin əhalisi 5129 nəfər olmuşdur.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Əkin sahələri Kəndin əkin sahələri Pirsaat su anbarına toplanan suyun hesabına suvarılır.SOS! Pirsaat su anbarı quruyub . lent.az 13.09.2014.
Həmçinin bax Hacıqabul rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Hacıqabul Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Hacıqabul rayonunun kəndləri