Hacıağa Hacılı () — Azərbaycanlı futbolçu. Zirə futbol klubunda yarım müdafiəçi kimi çıxış edir.

Karyerası

Klub Hacıağa Hacılı futbola Qəbələ futbol klubunun akademiyasında başlayıb. 2017-ci ildə "Qəbələ"nin əsas komandasına dəvət edilir. Futbolçunun "Qəbələ2 klubunda rəsmi debütü, 29 noyabr 2017-ci ildə, Azərbaycan kubokunda "İmişli" klubuna qarşı oyunda baş tutur. Debüt etdiyi oyunda komandası 8–0 qələbə qazanır və qollardan birinin müəllifi Hacıağa olur.

2018-ci il fevralın 24-də Səbail klubu ilə oyunda Hacılı Azərbaycan Premyer Liqasında "Qəbələ"nin heyətində debüt edir.

2018-ci ilin yayında futbolçu Qarabağ klubuna icarəyə verilir. 2019-cu ilin yanvarında, Hacılını tam transfer edən, "Qarabağ" onunla 4 illik müqavilə imzalayır. Bu tansfer üçün "Qarabağ" klubu "Qəbələ"yə 100 min avro ödəyir. Futbolçunun "Qarabağ" klubunda debütü, 23 sentyabr 2018-ci ildə, keçmiş klubu "Qəbələ" ilə oyunda baş verir.

2020-ci il avqustun 1-də "Zirə" FK Hacılını bir illik icarəyə götürdüyünü açıqlayır. 20 sentyabr 2020-ci ildə, "Zirə" klubunun Sabah klubu ilə oyunda, 90 dəqiqı meydanda olaraq, yeni komandasında debüt edir.

1 iyul 2023-cü ildə, "Zirə" ilə yeni 2 illik müqavilə imzalayır.

Milli komanda 2013-cü ilin yanvar ayında "Azərbaycan U-16 milli komandası"nın təlim məşq toplantısına dəvət edilir. Bu Hacıağa Hacılının milli komandalara ilk dəvəti olur.

2014-cü ildə futbolçu, "Azərbaycan U-16 milli komandası"na dəvət edilir. 20 oktyabr 2014-cü ildə Azərbaycan millisinin "Belçika U-17 milli komandası" ilə oyunda, 90 dəqiqə meydanda olaraq, milli komandalarda ilk rəsmi oyununa çıxır.

4 oktyabr 2016-cı ildə, "Azərbaycan U-19 milli komandası"nın Avstriyalı həmyaşıdları ilə baş tutmuş oyunda meydana çıxaraq, "Azərbaycan U-19" milli komandasında debüt edir.

22 mart 2018-ci ildə, "Azərbaycan U-21 milli komandası"nın "Kosova U-21 milli komandası" ilə baş tutmuş oyunda meydana çıxaraq, "Azərbaycan U-21 milli komandası"nda debüt edir.

Uğurları Qarabağ

Azərbaycan Premyer Liqası: (2) 2018–19, 2019–20

İstinadlar

Kateqoriya:Ağdamda doğulanlar Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri