İoaxim Lelevel () —Polşa tarixçisi, ictimai xadim. 1808-ci ildə Vilno Universitetini bitirmiş, 1815–1818-ci il və 1821–1824-cü illərdə həmin Universitetin tarix kafedrasının müdiri işləmişdir. Gizli vətənpərvər təşkilatlarla əlaqə saxlamış, Polşa üsyanı (1830–1831) zamanı müvəqqəti hökumətin tərkibinə seçilmiş, üsyanın məğlubiyyətindən sonra Fransaya mühacirət etmişdi. Lelevel çarizmə qarşı birgə mübarizəyə çağıran "Rus qardaşlara" məktubuna görə 1833-cü ildə Fransadan sürgün edilmiş və Brüsselə köçərək burada inqilabi fəaliyyətini davam etdirmişdi. Lelevel Polşa tarixşünaslığında romantik məktəbin banisidir. Lelevel Polşanın siyasi tarixinə dair bir sıra əsərin müəllifidir.

İstinadlar

Kateqoriya:XIX əsr siyasətçiləri Kateqoriya:Polşa siyasətçiləri Kateqoriya:XIX əsr tarixçiləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri