Xəmsə ərəbləri — İranın Fars ostanının köçəri və pastoral tayfası. Onlar Xəmsə konfederasiyasının bir hissəsidirlər. Körfəz ərəbcəsinin ləhcəsində danışırlar. Onların əhalisi təxminən 200,000 nəfərdir.

Qolları Şeybanilər digər qrupdan əvvəl İranda məskən salmışdılar. Əvvəlcə Xorasanda məskən salmış, sonra Fars ostanına köçmüşdülər. Onların bir qrupu Xuzistanın Bavi şəhristanının Şeyban şəhərində yaşayır.Ali Mohammad Najafi. Khamseh Tribes happenings. Nashre Hamsayeh

Fars ostanında məskunlaşan Cabbarilər öz iddialarına görə, Məhəmmədin səhabəsi Cabir ibn Abdullahın nəslindəndirlər. Onların əcdadı Şeyx Cinah Fars ostanına məskən salmış və nəslinə “Cabbari” adını verərək Şeybani qızı ilə evlənmişdir.Ali Mohammad Najafi. Khamseh Tribes happenings. Nashre Hamsayeh

Dili Xəmsə ərəbləri bir çox fars sözlərini qəbul edən ərəb dilinin Körfəz ləhcəsində danışırlar. Onların dilini digər ərəbcə danışanların başa düşməsi çətindir.

Dini Xəmsə ərəbləri əsasən şiə müsəlmanlardır, lakin sünni azlıqlar da var.Ali Mohammad Najafi. Khamseh Tribes happenings. Nashre Hamsayeh

Həmçinin bax

İran ərəbləri

İstinadlar

Əlavə ədəbiyyat Ali Mohammad Najafi. Great Men of Arab Tribe and the Tribes The history of Khamseh Arabs of Fars

Kateqoriya:İran ərəbləri Kateqoriya:Ərəb etnik qrupları Kateqoriya:Fars ostanı Kateqoriya:Ərəbistan qəbilələri