Azərbaycan Yüksək Qızlar Liqası 2021/2022 — Qadınlar arası Azərbaycanda keçirilən ən böyük futbol liqasının mövsümü

Müsabiqə formatı AFFA Yüksək Qızlar Liqasında oyunlar bir qrupda 9 komanda olmaqla iki dövrədən ibarət dairəvi sistemlə keçirilir. Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə görə isə xal verilmir.

Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı göstəricilərə görə müəyyən olunur: Komandaların öz aralarında keçirdikləri oyunlarda qazandıqları xallara əsasən; Komandaların öz aralarında keçirdikləri oyunlarda vurulmuş və buraxılmış qolların sayına əsasən; Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə; Bütün oyunlarda vurulmuş qolların sayına əsasən; Komandaların qələbə saylarına əsasən; Ən az qırmızı və sarı vərəqələrə görə toplamış xalların fərqinə əsasən (sarı vərəqə 1 xal, qırmızı vərəqə 3 xal); Bütün göstəricilər eyni olarsa, yenidən komandalar arasında bir oyun keçirilir və nəticəyə əsasən turnir cədvəlində yer müəyyən edilir.

Turnir Cədvəli mənbə: https://web.archive.org/web/20220816092756/https://www.affa.az/index.php/yarlar/yksk-liqa-qzlar/cdvl/1140

YerKlubOQHMQollarT/FX18-li İOEUGİM14121175-1065372Marxal (Şəki)14102234:1816323Balxurma Balakən1472516-18 -2234Xırdalan Siti1463527-243215Gümrükçü1453635-314186UGİM (Naftalan)1443712-38 –26157Qəbələ14211111-42 -3178Şamaxı1413108-37 -296

Maraqlı faktlar Nahidə Məmmədova və Şəfəq Nəsirova 17 qolla bombardirliyi bölüşdülər.

İstinadlar

Kateqoriya:2021/2022 mövsümündə Azərbaycanda futbol