Sevilya alkazarı (ispan: Reales Alcázares de Sevilla və ya Real Alcázar de Sevilla) İspaniyanın Sevilya şəhərində yerləşən orijinal olaraq Mavr əsilli müsəlman krallar üçün tikilmiş olan kral sarayıdır. Bu saray, İspaniya və Pireney yarımadasında hələ də mövcud olan Müdəccən memarlıq üslubuna malik olan ən gözəl və təsir edici bina hesab olunur. Sarayın yuxarı mərtəbələri hələ də kral ailəsi tərəfindən istifadə olunur və Patrimonio Nacional adlı milli təşkilat tərəfindən idarə olunur. Dünyada hələ də istifadə edilən ən qədim kral sarayı olan Sevilya alkazarı, Sevilya kafedralı və Qərbi Hind adaları baş arxivi ilə birlikdə 1987-ci ildə YUNESKO tərəfindən Ümumdünya İrsi elan edilmişdir.
Detallardan seçimlər
Alkazar populyar mədəniyyətdə
1962-ci ildə Alkazar Ərəbistanlı Lourens filmindəki bir səhnə üçün istifadə edilmişdir. 2005-ci ildə sarayın Patio de las Doncellas hissəsi Cənnət krallığı filmindəki bir səhnə üçün istifadə edilmişdir. Game of Thrones serialının 5-ci mövsümün bəzi səhnələri bu sarayda və eyni zamanda da Sevilya şəhərinin digər yerlərində çəkilmişdir.
Şəkil qalereyası
İstinadlar
Kateqoriya:XVI əsrdə tamamlanmış tikililər Kateqoriya:XI əsrdə tamamlanmış tikililər Kateqoriya:İspaniyadakı ümumdünya irsi Kateqoriya:Ərəb memarlığı Kateqoriya:XIV əsrə aid qalalar Kateqoriya:XIV əsrdə tamamlanmış tikililər Kateqoriya:İspaniya qəsrləri Kateqoriya:İspaniya sarayları Kateqoriya:X əsrdə tamamlanmış tikililər