"Bronson" ( ) — rejissorluğunu Nikolas Vindinq Refn etdiyi Birləşmiş Krallıq bədii filmi. Film cinayətkar Çarlz Bronsonun həyatından bəhs edir. Filmin istehsalı və yayımı "Vertigo Films" tərəfindən həyata keçirilmişdir. Filmin premyerası 27 fevral 2009-cu ildə Britaniyada baş tutmuşdur.

Süjeti Film Britaniyalı məhbus Çarlz Bronsonun (əsl adı Maykl Qordon Peterson) həyatından bhəhs edir. Varlı orta səviyyəli İngiltərə ailəsində anadan olan Bronson buna baxmayaraq, ən təhlükəli ingilis cinayətkarlarından birinə çevrilir. Bronson, həmçinin, demək olar ki, bütün həyatını "barmaqlıqlar arxasında", əsasən də cəza kamerasında keçirməsi ilə tanınır.

Rollarda Tom Hardi — Çarlz Bronson. Mett Kinq — gecə klubunun sahibi, keçmiş məhkum. Kelli Adams — Çarlzın həyat yoldaşı İren Piterson rolunda.

İstinadlar

Xarici keçidlər Filmin rəsmi saytı

Kateqoriya:Birləşmiş Krallığın bioqrafik filmləri Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2009-cu ilin filmləri Kateqoriya:İngiltərə haqqında filmlər Kateqoriya:2008-ci ilin ABŞ filmləri Kateqoriya:1990-cı illər haqqında filmlər Kateqoriya:1980-ci illər haqqında filmlər Kateqoriya:İngilis dilində cinayət filmləri Kateqoriya:1970-ci illər haqqında filmlər Kateqoriya:Böyük Britaniyanın döyüş filmləri Kateqoriya:Həbsxana filmləri Kateqoriya:Real hadisələr əsasında çəkilmiş dram filmləri