Lester Universiteti (ing: University of Leicester) — İngiltərənin Lester şəhərində ictimai tədqiqat universiteti.

thumb|Fielding Jonson binası (1837-ci ildə tikilmişdir)

Tarixi Universitet 1921-ci ildə Lester və Rutland Universitet Kolleci kimi təsis edilmişdir.

Universitet üçün torpaq, Birinci Dünya müharibəsində həyatını itirənlər üçün canlı xatirə yaratmaq üçün yerli iş adamı Tomas Fieldinq Conson tərəfindən bağışlanıb.

Kollecə ilk qəbul 1921-ci ildə oldu.

1957-ci ildə Universitet Kollecinə kral nizamnaməsi verildi və o vaxtdan bəri öz dərəcələrini vermək hüququ olan universitet statusuna sahibdir. Percy Gee Tələbə İttifaqının binası 9 may 1958-ci ildə Kraliça II Elizabet tərəfindən açılmışdır.BBC: How Royal visits have changed https://www.bbc.co.uk/news/uk-england-leicestershire-17300813

Tibb Məktəbi 1971-ci ildə açılmışdır.

1994-cü ildə Lester Universiteti Fizika və Astronomiya sahəsindəki işinə görə Kraliçanın Yubiley Mükafatını qazanmışdır.

Reytinqi Lester Universiteti Genetik barmaq izinin kəşfi və Kral III Riçardın qalıqlarının tapılması ilə məşhurdur.

Universitet aparıcı tədqiqat universiteti kimi özünü təsdiqlədi və 2008-ci ildə Times Higher Education tərəfindən İlin Universiteti seçildi.https://web.archive.org/web/20130317035306/http://www2.le.ac.uk/ebulletin/news/press-releases/2000-2009/2008/10/nparticle.2008-10-24.3357348950 Lester Universiteti 7 il dalbadal Times Higher Education Mükafatını qazanan yeganə universitetdir.

2016-cı ildə universitet The Complete University Guide jurnalında 24-cü, The Guardian jurnalında isə 32-ci yerdə qərarlaşıb.

2012-ci ildə QS World University Rankings jurnalının reytinqində Lester Universiteti Böyük Britaniyada səkkizinci yer tutdu.https://web.archive.org/web/20180620074203/https://www.thecompleteuniversityguide.co.uk/league-tables/rankings?o=Research+Quality&v=wide

Kampusları Əsas kampusu şəhər mərkəzindən cənubda, Viktoriya Parkının yanında yerləşir.

Mühəndislik fakültəsinin kampusu Attenboro kampusu Çarlz Uilson kampusu Fizika və Astronomiya kampusu

Akademik strukturu thumb|275px|Devid Vilson Kitabxanası

Universitetin akademik məktəbləri və şöbələri kolleclər şəklində təşkil edilmişdir.

Həyat Elmləri Kolleci Kollecin akademik məktəbləri:

Lester Tibb məktəbi Biologiya Elmləri məktəbi Psixologiya məktəbi Müttəfiq Sağlamlıq Peşələri məktəbi

Tədqiqat şöbələri və institutları: Ürək-damar Elmləri institutu Genetika və Genom Biologiyası (o cümlədən Lester Xərçəng Araşdırma mərkəzi) Sağlamlıq Elmləri (o cümlədən Leicester Diabet Mərkəzi) İnfeksiya, İmmunitet və İltihab institutu Molekulyar və Hüceyrə Biologiyası institutu Neyrologiya, Psixologiya və Davranış (Sistem Neyrologiyası Mərkəzi daxil olmaqla) Lester Precision Tibb İnstitutu (o cümlədən Diaqnostika) Lester Struktur və Kimyəvi Biologiya İnstitutu

Elm və Mühəndislik Kolleci

Kollec aşağıdakı şöbələrdən ibarətdir:

Kimya İnformatika Coğrafiya Məktəbi, Geologiya və Ətraf Mühit Mühəndislik Hesablama və Riyaziyyat Elmləri Fizika və Astronomiya Kosmik Tədqiqatlar, İqlim Dəyişikliyi Tədqiqatları Riyazi hesablama, Modelləşdirmə və Qabaqcıl mikroskopiya üzrə fənlərarası tədqiqat mərkəzi

Sosial Elmlər, İncəsənət və Humanitar Elmlər Kolleci Kollecin 10 məktəbi var:

Amerika Tədqiqatları kolleci Arxeologiya və Qədim Tarix kolleci İncəsənət kolleci Biznes kolleci Kriminologiya kolleci Təhsil kolleci Tarix, Siyasət və Beynəlxalq Münasibətlər kolleci Lester Hüquq Məktəbi Media, Kommunikasiya və Sosiologiya kolleci Muzeyşünaslıq kolleci

Kitabxanası Universitetin kitabxanası ölkənin ən böyük yerli tarix kolleksiyalarından birinə malikdir.

Hutton Kolleksiyası Şapronier Kolleksiyası Farklaf Kolleksiyası Tirsk Kolleksiyası

Kitabxanada həmçinin Müasir ədəbiyyat arxivləri var.

Həmçinin bax Birləşmiş Krallıq universitetlərinin siyahısı

İstinadlar

Xarici keçidlər

Aerial photograph of University College (later Leicester University) in April 1926

Kateqoriya:Birləşmiş Krallıq universitetləri Kateqoriya:Universitetlər