İçimizdəki Uşaq — Doğan Cüceloğlunun 1992-ci ildə nəşr olunan kitabıdır. Kitabda ailə münasibətlərinin uşaq tərbiyəsinə təsiri psixologiya sahəsində işlənmiş anlayışlar və gündəlik həyatdan götürülmüş nümunələr vasitəsilə sade və anlaşılan şəkildə izah olunur. Kitabdakı anlayışların əksəriyyəti müəllif tərəfindən “Cumhuriyet Bilim Teknik” jurnalında silsilə məqalələrdə araşdırılmış, böyük marağa səbəb olduğu üçün kitab halına gətirilmişdir. İçimizdəki uşaq kitabı altı hissədən ibarətdir. Müəllifin böyük bacısı Lütfiyə Mətinə həsr edilmişdir. Onun 62-ci nəşri 2021-ci ilin yanvarında nəşr edilmişdir.
İstinadlar