Kivaç ( ) — Rusiyada, Kareliya Respublikasının cənubunda şəlalə. Şəlalə Suna çayının üzərində yerləşir.
Ümumi məlumat Şəlalənin adı böyük ehtimal ki, fin mənşəli kiivas sözündən meydana gəlmiş. Mənası möhtəşəm, çevik deməkdir.
Kivaç şəlaləsinin ümumi düşmə hündürlüyü — 10,4 metrdir. Bu çayın 170 metrlik hissəsinə uyğun gəlir. Aşağı hissədəki astananın hüdürlüyü isə — 8 metrdir. Şəlalənin formalaşdığı çay yatağının süxuruları əsasən diabazdan ibarətdir.
Şəlalə ümumilikdə qaya parçası ilə iki hissəyə bölünüb: əsas (sağ) və ikinci (sol). Əsas axın dörd pilləkəndən ibarətdir, ikinci axın isə əsas axına 90 dərəcəlik bucaqla birləşir və bir-neçə kiçik pilləkəndən ibarətdirКарелия: энциклопедия: в 3 т. / гл. ред. А. Ф. Титов. Т. 2: К — П. — Петрозаводск: ИД «ПетроПресс», 2009. С. 54 — 464 с.: ил., карт. ISBN 978-5-8430-0125-4 (т. 2).
Şəlalə və ətraf ərazi Kivaç qoruğunun əsas ekskursiya obyekti hesab olunur. Qoruğun ümumi sahəsi 10 min hektardır. Şəlalə yaxınlığında təbiət muzeyi və dendrari fəaliyyət göstərir.
Tarixi Şəlalə haqqında ilk məlumat 1566-cı ilə təsadüf edir. Ən geniş yayılmış əfsanə Suna və Şuya bacı-çayları haqqındadır.
1868-ci ildə şəlaləni imperator II Aleksandr ziyarət etmişdir. Onun gəlişinə görə şəlalə yaxınlığında xüsüsi gecələmə evi inşa edilmişdir.
1936-cı ildə Sunsk kaskad SES-nın tikintisi zamanı çay suyunun bir hissəsi Kondopoj və Paleozer su elektrik stansiyalarına yönəldilmişdir. Nəticədə ümumi hidroqrafik şəbəkə dəyişilmiş, ərazidəki Qirvas (14 m) və Por-Poroq (16 m) şəlalələri yox olmuşduur. Kivaç şəlaləsinin gücü isə xeyli azalmışdır (66 m³/s-yə kimi).
Şəlalə haqqında Qavril Derjavin, Fyodır Qlinka, Nikolay Qlazkov və digər tanınmış rus şairləri şeirlər yazmışdırlar.
İstinadlar
Kateqoriya:Rusiya şəlalələri