Gərmiyanoğulları bəyliyi — Anadolu Səlcuqlu dövlətinin dağılması və parçalanması ilə başlayan Anadolu bəylikləri dövründə mərkəzi Kütahyada olmaqla Qərbi Anadoluda mövcud olmuş bir bəylikdir. Gərmiyan adının mənası farsca "isti" mənasını verən germa sözündən və yenə də farsca cəm şəkilçisi olan yân şəkilçisinin köməkliyi ilə əmələ gəlmişdir. Bu sözün mənası isə "isti bulaqlar" deməkdir. Gərmiyan tayfasının mənşəyi haqqında da müxtəlif fikirlər mövcuddur.

I Muradın dövründə dövlətin bəzi torpaqları (Simav, Emet, Dovşanlı və ətrafı) cehiz olaraq Osmanlılara hədiyyə verilmişdir. Ankara döyüşündən sonra dövlət yenidən yaradılarkən, 1428-ci ildə II Yaqub bəy dövləti bacısının nəvəsi olan II Murada vəsiyyət etmiş və onun vəfatından sonrada Gərmiyanoğulları bəyliyi Osmanlıların tərkibinə qatılmışdır.Uzunçarşılı, İ.H., Kütahya Şehri, İstanbul Devlet Matbaası, 1932, sayfa, 32

Mənşəyi

türk/türkmən İbn Şəddadın Baybars tarixində Gərmiyanoğulları Əli-şir Beg "Əli-şir ət-Türkmani" və İbn Bibinin Əl-Əvamirü'l-Ala'iyyə fi'l-Umûri'l-Ala'iyyə adlı əsərində isə Gərmiyanoğulları tayfası "Türkan-ı Gərmiyan" olaraq qeyd olunmuşdur. Nəşrinin Kitab-i Cahannüma adlı əsərində isə “Germiyan Türkini gətirdi” ifadəsinə yer verilmişdir. Əhməd Əflakinin “Müdriklərin əfsanələri” (orijinalı belədir: "Ariflerin Menkıbeleri") adlı əsərində isə Gərmiyanoğlu Əlişir bəy haqqında “Türk olduğu üçün övliyalar aləmindən qafil və xəbərsiz idi” (orijinalı belədir: "Çünkü o Türk'tü laubali ve velilerin aleminden habersizdi") deyilmişdir.

Digər boylar Fuad Köprülü Gərmiyanoğullarının mənşəyinin monqol istilasından sonra əvvəlcə Malatyaya, ondan sonra isə Kütahyaya köçmüş olan əfşar tayfasından olduğunu bildirmişdir. Zəki Vəlidi Toğan isə tayfanın Xarəzmdən gəldiyini iddia etmiş və onları Kanqlı-Qıpçaq mənşəli hesab etmişdir.

Kürd-türk iddiası Klod Kahenin "Nates Paur l'Histaire des Turcamans" adlı məqaləsindəki onların kürd mənşəli olması iddiaları, sadəcə olaraq orijinal dilin səhv tərcüməsindən irəli gələn səhv qənaətlər olduğu üçün heç bir ilkin mənbə əsası olmayan iddialardır. Sülalənin kürd mənşəli olması iddiası birmənalı qarşılanmasa da, bəzi akademiklər mövcud iddianı dəstəkləməktədir.Ducas, Harry J. Magoulias, Ducas, 1975, Decline and fall of Byzantium to the Ottoman Turks, p. 265, Wayne State University Press, University of Virginia , , The Germiyan were probably Kurdish and Turkish half-breeds who came from east of Malatya.Peter Malcolm Holt, 1986, The Age of the Crusades: the Near East from the eleventh century to 1517, p. 176, Longman, University of Michigan, , 9780582493032 The second of the eastern principalities, Germiyan, developed from a group, probably of mixed Kurdish and Turkish originMarios Philippides, Biblioteca apostolica vaticana - 1990, Byzantium, Europe, and the early Ottoman sultans, 1373-1513: an anonymous Greek chronicle of the seventeenth century, p. 6, A.D. Caratzas, University of Michigan, , , Near Byzantine borders in Phrygia, the emirate of Germiyan was formed by a mixed population of Turks and Kurds, who had come from east of MalatyaCarl F. Petry, 2008, The Cambridge History of Egypt, p. 527, Northwestern University, Illinois, , Germianoğulları: Anadolu'da bir Türkmen ve Kürt beyliği

Tarix

Kütahya və ətrafında məskunlaşmaları Gərmiyanoğullarının Kütahya və ətrafında konkret olaraq nə zamandan etibarən yerləşdikləri dəqiq olaraq məlum deyildirdir. Sultan I Əlaəddinin dövründə Kütahyanın türklərin qəti hökmranlığı altına keçməsindən sonrakı illərdə bu regiona müntəzəm olaraq türkmən axını baş vermişdir. Monqolların Anadoluya hücumları ilə əlaqədar olaraq bu sıxlıq daha da artmışdır. O dövrdə Kütahya və ətrafında məskunlaşan türkmənlərin ümumi sayının üç yüz min nəfər civarında olduğu ehtimal edilir. Təxmini olaraq elə eyni dövrlərdə gələcəkdə mərkəzi Kütahya olmaqla bəylik yaratmış olacaq Gərmiyanoğulları tayfasının da Kütahya regionuna yerləşdiyi müşahidə edilir.Yılıdz, Hakkı Dursun, a.g.e., İstanbul, 1981-1982, s, 38 1241-ci ildə Baba İshaq üsyanı yatırıldıqdan sonra onların Qiyasəddin Keyxosrov tərəfindən regionda yerləşdirildikləri iddia edilir. Həmçinin də, Səlcuqlu şahzadəsi olması iddiası ilə Qaramanoğlu Mehmed bəyin ortaya qoyduğu Cimrinin (Qıyasəddin Siyavuş) tutulması prosesində (1277) iştirak etdikləri üçün o dövrdə Kütahya, Afyon və Dənizli ətrafında məskunlaşdıqları təxmin edilir. Baba İshaq tərəfindən başladılmış olan Babai üsyanı zamanı Malatyada olan gərmiyanoğullarının Cimri hadisəsi zamanı Qərbi Anadoluda olması onların monqol istilası nəticəsində bu regiona köç etdiklərini göstərir.

Gərmiyanoğulları bəyliyinin yaradılması Cimri hadisəsi zamanı (1277) Qərbi Anadoluda olan və Anadolu Səlcuqlarının xidməti altında hərəkət edən gərmiyanlılara göstərdikləri xidmət müqabilində Kütahya və civarı iqta (timar) kimi verilmişdir. Bu hadisə zamanı Sahibataoğulları bəyliyinin tabeliyi altında olduğu görülən gərmiyanlar, bu tarixdən etibarən qüdrətli bir bəylik olmağa başlamışdırlar. Böyük ehtimal ilə Qərbi Anadoluda mövcud olan Aydın, Məntəşə, Saruhan və Dənizli bəyləri ilk dövrlərdə Gərmiyanoğullarına tabe idilər.Kerimüddin Mahmud-i Aksarayî, Müsâmeretü'l-Ahbâr, "el-kıssa, ez her taraf ki bâd, ümera-yı etrak ser ber hatt-ı tâat nihâdend. Felekeddin Dündar Hamid ez bu Oğlu ve evlâd-ı Eşref ez Gurgurum ve esbât sahib-i Fahreddin ez Karahisar düvele ve ümera-yı Germiyan ve Ebna-yı Alişîr ez Kûtâhiyye ve kal'a-i an hudûd ve Süleyman Paşa ez Kastamonya ki der hiç ahdi ez uhûd mütekaddim ihdâr ve istihdar-ı îşân suret-i ne-beste bûd. Cümle müteâkıb be-kışlak-ı Karaburuk hâzır şodend ve mutâvaat u imtisal numûdend mutî ve munkad geşend"

Monqolların Anadolunu tutması və Səlcuqlu dövləti üzərində hökmranlığa başlamasından sonra XIII əsrin sonu ilə XIV əsrin əvvəllərində uclardakı bəylər öz müstəqilliklərini qazanmağa başlamışdırlar. Gərmiyanlılar da səlcuq-monqol idarəsinə qarşı çıxırlar və 1283-cü ildən etibarən isə bəylik kimi təşkilatlanaraq II Məsuda qarşı mübarizəyə başlayırlar. 1286-cı ildə isə gərmiyan türkləri Əşrəfoğullarının Qarqurum vilayətini talan edərək dağıdırlar.Gargurum: Şimdiki Beyşehir ve civarı, Yenişarbademli yakınları Bu haqda məlumat aldıqdan sonra isə II Qiyasəddin Məsud öz əsgərlərindən və monqollardan ibarət olan qoşunları ilə gərmiyalılara qarşı yürüş təşkil edir. Gərmiyan əsgərlərinin bir qismi qətlə yetirilsə də, əksəriyyəti geri çəkilməyə məcbur olurlar.Selçuknâme, Paris Nüshası, sayfa, 62-63 Bu vaxt isə Səlcuqlu vəziri olan Sahib Ata Fəxrəddin Əli Konyaya, oradan isə Qarqurumda olan və germiyanlıları cəzalandırmağa gedən II Məsudun yanına gəlir. II Məsud məhv etdiyi Gərmiyan qüvvələrinin yenidən meydana çıxacağına ümid etmədiyi üçün onun əsgərləri ehtiyatı əldən vermişdilər. Hətta Gərmiyan əmirlərindən olan və II Məsudun ordusu tərəfindən əsir götürülən 10 nəfəri belə azad edirlər. Sərbəst buraxılanlar isə öz növbəsində səlcuq ordusunun nizamsız vəziyyətini gərmiyalılara bildirirlər və gərmiyanlılar da bu vəziyyətdən istifadə edərək qəfil hücuma keçərək II Məsudun ordusuna basqın edirlər və Ramazan ayının 17-ci günü, çərşənbə günü səlcuq ordusunu məğlubiyyətə düçar edərək öz əsirlərini də xilas edirlər.

1287-ci ildə isə II Qiyasəddin Məsud qüvvələrini bir yerə cəmləyərək yenidən gərmiyanlıların üzərinə yürüş edir. Bu hücum zamanı Gərmiyan qüvvələri heç meydana çıxmırlar. Məsud Gərmiyan vilayətini qarət edərək, çoxlu qənimət malları ilə Kayseriyə qayıdır.Uzunçarşılı, İ.H., a.g.e., İstanbul Devlet Matbaası, 1932, sayfa, 29, 30, 31

1288-ci ildə II Məsud Elxanilərin yanında olarkən I Yaqub bəyin bacısı oğlu Bədrəddin Murat Səlcuqlularla sülh əldə etmək üçün Konyaya gəlir. Qiyasəddin Məsudun sərkərdələrindən biri olan Xasbalaban, Konya xaricində düşərgə quran gərmiyanlıların yanına gedib onlarla görüşərək onların könüllərini fəth edir və bununla da döyüş bitir.Selçuknâme, Paris Nüshası

1289-cu ildə isə Səlcuqlularla Gərmiyanoğulları arasında yenidən müharibə başlamış və hətta sərhədlərdə olan əmirlər də hərəkətə keçmişdirlər. Məsudun komandirlərindən biri olan İzzəddin Bəylərbəyi Gərmiyanoğulları üzərinə yürüş edir və Dənizlinin mərkəzi mahalının yaxınlığında Bədrəddin Muradın qüvvələrinin üstünə hücuma keçir. Bu müharibədə Gərmiyan əsgərləri məğlubiyyətə düçar olurlar və Bədrəddin Murad öldürülür. Bədrəddinin kəsilmiş başı Konyaya gətirilərək mümayiş etdirilmişdir. Gərmiyanlılar isə bu məğlubiyyətdən sarsılmırlar; Gərmiyan əyaləti talan edilir, bu mübarizə zamanı bəzən Məsudun qüvvələri, bəzən isə Gərmiyanoğulları qalib gəlirlər. Döyüş 1290-cı ildə sakitləşdi. Baş vermiş olan bu hadisələrdən sonra Səlcuqlularla gərmiyanlılar arasında hansı əlaqələrin olduğu dəqiq məlum olmasa da, 1299-cu ilə aid olan bir kitabədən görünür ki, Gərmiyalılar zahirən də olsa, Səlcuqluların hökmranlığını tanımışdırlar.Bu kitabə əvvəllər Ankaradakı Qızıl bəy məscidinin minbərində idi. Hal-hazırda isə İstanbul muzeyindədir

Gərmiyanoğullarının digər bəyliklərlə münasibətləri Aydınoğlu Mehmed bəyin I Yaqub bəyin əmirlərindən biri olduğu və yunanlara qarşı döyüşmək üçün qərbdəki İzmir vilayətinə və ətraf ərazilərə göndərildiyi məlumdur.Germiyan ilinden idüp fethi bab, Germiyan tutaridi ana rikap, Sasa Bey derler adı bir gazi er, Gelmiş Aydın iline evvel meğer, Evvelâ ol birgiyi fetheylemiş, Aydın oğlunu getirmiş toylamış (Düsturname-i Enverî)

Məntəşəoğullarından biri olan Məntəşə bəyin kürəkəni olan Əmir Sasa bəy daha əvvəl qərbə gələrək Tirə və Ayasuluq (Səlcuq) ərazilərini ələ keçirdərək Xios adasını qarət etmişdir. Sasa bəy onun fəthində iştirak etmək istəyən Gərmiyan sərkərdəsi Mehmet bəyin Birgi (Ödəmiş) qalasını ələ keçirməsinə dözə bilmir. Aydınoğlu ilə təkbaşına mübarizə apara bilməyəcəyini başa düşən Sasa bəy xristianlarla ittifaq bağlayır, lakin Sasa bəy onların arasında baş vermiş olan döyüş zamanı öldürüldü (1310).Hem hasetten fitne sasa eyledi, müminiken avni tersa eyledi, Ol gazada katl oldu ol dahi, çok ganimet mal alur miri sahi (Düsturname-i Enverî) Düsturname Birgi şehrinin Sasa Bey tarafından zapted ilüp Ayasluğ ve Keles i Mehmet Beyin aldığını ve menakibülarifiyn ise Birginin Mehmet bey tarafından zaptedildiğini yazarlar. Menakibülarifinin müteleasını Birgideki Mehmet Bey camii kapısı üzerindeki kitabe de te'yit eder. Birginin zaptı 707 hicri senesindedir. Aydın oğlu Mehmet Beyin Birgiyi zapteden Sasa Bey i istirkap ile katlettirerek kendisinin serbest kalmış olması pek muhtemeldir (Uzunçarşılı, İsmail Hakkı, a.g.e., sayfa, 35) Mövlananın nəvəsi olan Ulu Arif Çələbi Birgiyə ilk səfəri zamanı buranın yenicə ələ keçirildiyini və Aydınoğlu Mehmet bəyin Gərmiyan əmirinin subaşısı kimi Birgidə olduğunu yazmışdır.Eflaki, Menakıb'ül Arifin, umumî kütüphane nüshası Bu hadisələr Aydınoğulları bəyliyinin Gərmiyan əmirlərindən olan Mehmet bəy tərəfindən yaradıldığını açıq şəkildə göstərir. Əslində çox güman ki, o dövrdə hökumət yaratmış olan Sarıxan bəy və Karəsi bəy kimi əmirlər də Gərmiyanoğulları əmirləri olmuşdurlar.Uzunçarşılı, İ.Hakkı, a.g.e., sayfa, 36

İzmirin ətrafına qədər qüvvə göndərən Gərmiyan hökmdarlarının Alaşəhər və Simav regionlarına qədər genişləndiyi məlumdur. Manisa və Balıkəsir ətrafına yayılan Karəsi və Sarıxan bəylərinin hər tərəfdən Gərmiyan qüvvələri ilə əhatə olunmuş olan bu regiona haradan gəldiyinin bilinməməsi bu bəylərin Gərmiyanoğullarının əmirləri olduğunu bir daha təsdiq edir. Həm Aydınoğlu Mehmet bəy, həm də digər uc bəyləri tutduqları ərazilərdə hökmranlıq edərək Gərmiyanoğullarının hakimiyyətini bir müddət tanımışdırlar. Aydınoğlu Mehmet bəyin kürəkəni olan Əmir Səadəddin Mübarək Qəbizin Gərmiyan əmiri olması Mehmet bəyin Gərmiyanoğulları ilə olan əlaqəsini izah edir.Memankıb'ül Arifin Germiyan oğlu yakub bin alişirin Ladik de Ulu Arif Çelebi ile olan macerasını anlatırken Yakup Beye darılan çelebinin göynünü almak üzere Aydın oğlunun damadı bulunan Sadeddin mübarek kâbızı, çelebi nezdine gönderildiğini yazar