Mehriban Şahməmmədova (4 fevral 2006, Qalınçaq, Ağcabədi, Azərbaycan) — Azərbaycanlı peşəkar qadın futbolçu. Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Neftçi" klubunun, həmçinin Azərbaycanın qadınlardan ibarət milli yığmasının qapıçısı

Həyatı və Karyerası Əslən Ağcabədidən olan Mehriban, İsmayıllı klubunda futbolun sirrlərini öyrənmişdir.https://shimal.news/2024/05/22/ismayilli-idmancimiz-respublika-cempionu-adina-layiq-gorulub/

2022-ci ildə Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Mingəçevir" klubuna transfer oldu.

Növbəti mövsümdən — 2023-cü ildən sonra Bakının "Neftçi" klubuna transfer olaraq, klubun əsas futbolçularından biri olmuşdur. 2023/2024-cü ildə, bu klubla birlikdə çempionluq əldə etmişdir.

Milli karyerası 2021-ci ildən 2022-ci ilə qədər U17 millisində çıxış etmişdir.https://azertag.az/xeber/on_yeddi_yasadek_qadin_futbolchulardan_ibaret_azerbaycan_millisinin_avropa_chempionati_uchun_heyeti_achiqlanib-2334152 2022-ci ildən 2024-cü ilə qədər U19 millisində çıxış etdi. 2024-cü ildən Azərbaycanın qadınlardan ibarət A milli yığmasına dəvət aldı.https://www.affa.az/index.php/news/millimizin-heyti-aqlanb/75981

Uğurları Neftçi FK frameless|16x16px Azərbaycan Yüksək Qızlar Liqası: Çempion 2): (2023/2024, 2024/2025)

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın futbolçuları Kateqoriya:Neftçi PFK (qadın) futbolçuları