Maksin "Maks" Kolfild (; 21 sentyabr 1995, Arcadia Bay, Oreqon) — Fransanın “Dontnod Entertainment” şirkəti tərəfindən 2015-ci ildə təqdim edilmiş “Life Is Strange” oyununun baş qəhrəmanı. Onu Hannah Telle səsləndirir. Maks Oreqon ştatının uydurma dənizkənarı şəhəri olan “Arcadia Bay”də yaşayır.
Maks 2013-cü ilin oktyabrında “Blackwell Academy” adlı təhsil ocağında XII sinif şagirdidir. O, zamanı geriyə çəkmə gücünə malikdir. Fotoqrafiyaya böyük sevgisi var. Uşaqlıq dostu Kloi Praysdır. Kiçik yaşlarında ailəsi ilə birlikdə Sietl şəhərinə köçəndə Kloidən ayrılır. Maks uzun illərdən sonra ailəsini tərk edərək doğulduğu şəhərə qayıdır. O, buradakı özəl məktəbdə fotoqrafiya dərsləri almağa başlayır.
İstinadlar
Kateqoriya:Uydurma fotoqraflar Kateqoriya:Uydurma biseksual qadınlar Kateqoriya:Videooyunlarda yeniyetmə personajlar Kateqoriya:Uydurma zaman səyyahları Kateqoriya:Videooyun personajları Kateqoriya:Videooyun talismanları Kateqoriya:Videooyun protaqonistləri Kateqoriya:Qadın videooyun personajları Kateqoriya:Uydurma müəllimlər