Altıncı hiss tammetrajlı bədii filmi rejissor Mikayıl Mikayılov tərəfindən 1935-ci ildə ekranlaşdırılmışdır. Film Azərfilmdə istehsal edilmişdir. Film respublikanın neft sənayesində çalışan əmək adamlarının gündəlik işlərindən və qayğılarından bəhs edir. Filmdə əsas rolları Ələsgər Ələkbərov, İ. Daşdəmirov, Ələkbər Hüseynzadə, İsmayıl Hidayətzadə, Möhsün Sənani və S. Klimov ifa edirlər.
Məzmun Film respublikanın neft sənayesində çalışan əmək adamlarının gündəlik işlərindən və qayğılarından bəhs edir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 30
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Aleksey Kapler, İvan Tartakovski Rejissor: Mikayıl Mikayılov Operator: Fyodor Novitski Rəssam: Viktor Aden
Rollarda Ələsgər Ələkbərov — mühəndis Heydər İ. Daşdəmirov — buruq ustası Ələkbər Hüseynzadə — Hüseynov, böyük buruq ustası İsmayıl Hidayətzadə Möhsün Sənani S. Klimov
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 32.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1935-ci ilin Azərbaycan filmləri 1930-cu illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1935-ci ilin filmləri Kateqoriya:1935-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanda neft sənayesi Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin dram filmləri