Sambo () — SSRİ-də yaranmış və 1966-cı ildən etibarən beynəlxalq döyüş idman növüdür, 16 noyabr 1938-ci ildə idman intizamı kimi təsdiq edilmişdir. Sambo Viktor Spiridonov, Vasili Anatolyamkov və Vasili Oşepkov tərəfindən cüdo, ciu-citsu və milli döyüş sənətləri əsasında formalaşmışdır."Са́мбо" sözü rus dilində "Самооборона без оружия" (silahsız özünümüdafiə) ifadəsindəki sözlərinin ixtisarından düzəlmişdir.

FİLA 1966-cı ildə sambonu tanıdıqdan və 1973-cü ildə Dünya Güləş Çempionatının proqramına daxil etdikdən sonra, 1970-ci illərin ortalarında beynəlxalq populyarlığının zirvəsində sambo olimpiya idman növü kimi tanınmağa və 1980-ci ildə Yay Olimpiya Oyunlarının proqramına daxil olmağa yaxın idi.Lakin 1980-ci il Olimpiadasının boykot edilməsi ilə yaranan siyasi çətinliklər nəticəsində sambo beynəlxalq olimpiya statusunda nümayiş idman növü kimi seçildi , lakin daha sonra Beynəlxaq Olimpiya Komitəsi tərəfindən nümayiş idman növü statusu ləğv edildi.

Əsas Qaydalar Döyüş (müsabiqə) içərisində dairə (diametri 6-9 m) olan xüsusi döşəkdə (10x10 m-dən 13x13 m-ə qədər) keçirilir;

Müddəti 3 dəqiqədən 5 dəqiqəyə qədər;

Geyim kodu: qırmızı, göy və ya ağ kəmərli gödəkçə, şort (gödəkçə ilə eyni rəngdə), ayaqda güləş ayaqqabısı.

Hər atış hakimlər tərəfindən xüsusi cədvəl üzrə ballarla qiymətləndirilir;

Ağrılı fənd təmiz qələbə gətirir.

Yarış günü bir idmançının birdən doqquza qədər döyüşü olur

Kateqoriya:Rusiya ixtiraları Kateqoriya:SSRİ-də döyüş sənəti Kateqoriya:SSRİ mədəniyyəti