Marhasi və ya Marhaşi (Mar-ḫa-šiKI 𒈥𒄩𒅆𒆠) — e.ə. III minilliyə aid, Elamın şərqindəki İran yaylasında mövcud olmuş şəhər-dövlət. Mesopotamiya mənbələrindən məlumdur. Dəqiq yer müəyyən edilməmişdir. Bir sıra tədqiqatçılar bunu Ciruft mədəniyyəti ilə əlaqələndirirlər. Əgər bu fərziyyə doğrudursa, Marhasi şəhəri Elam və Harappa sivilizasiyası arasında ara mövqe tutur. Ədəb şəhərinin hökmdarı Luqal-anne-mundu tərəfindən yazılmış kitabədə bu şəhər Elamla birlikdə kutilərin cənubunda yerləşir. Akkad mətn və arxeoloji sübutlarına əsaslanaraq, qədim Margiananın Marhasi padşahlığı ilə eyniləşdirməsi təklif edilmişdir.Francfort H.-P., Tremblay X. Marhaši et la civilisation de l'Oxus // Iranica Antiqua, vol. XLV (2010), pp. 51–224. doi: 10.2143/IA.45.0.2047119.
İstinadlar
Kateqoriya:Elam Kateqoriya:Yaxın Şərqdə tarixi dövlətlər Kateqoriya:İran tarixi Kateqoriya:Şumer Kateqoriya:Tarixi krallıqlar